Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

“Bu sahədə biz qlobal inkişafdan 25 il, Özbəkistandan 15 il geridəyik…”-EKSPERT

“Özbəkistan və Qazaxıstanın təhsil menecerlərindən fərqli olaraq, bizim menecerlər bu 25 ildə distant təhsilin əhəmiyyətini dərk edə bilmədilər.

“Əslində hər iki ölkənin qarşısında eyni böyük problem dayanır: “Universiteti diplom verən müəssisədən bilik, texnologiya və insan kapitalı yaradan quruma çevirmək…”

“Gördüyümüz kimi, bizim ali təhsil sistemi Özbəkistan ali təhsilindən xeyli geridədir. Bu əməkdaşlıqların faydası olacaqmı? Düşünürəm ki, yox…”

“Beləcə, zaman və maliyyə itirərək, iş görüntüsü və PR yaradaraq, universitetlərimiz tənəzzülə gedir…”

Tehsilmedia.com bildirir ki, Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycan və Özbəkistanın ali təhsil sistemləri: fərqli məqamlar...” başlıqlı növbəti elmi analitik məqaləsinin 2-ci hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycan Özbəkistandan nə öyrənə bilər?..

Bu məsələdə 7 istiqamət qeyd edə bilərik.

1. Xarici universitetlərin sistemli şəkildə cəlb edilməsi.

Sadəcə filial yox, birgə university + birgə proqram +birgə tədqiqat mərkəzi modeli yaradaraq.

2. Kütləvi distant ali təhsil sistemi yaratmaq.

Bu sahədə biz qlobal inkişafdan 25 il, Özbəkistandan 15 il geridəyik. Özbəkistan və Qazaxıstanın təhsil menecerlərindən fərqli olaraq, bizim menecerlər bu 25 ildə distant təhsilin əhəmiyyətini dərk edə bilmədilər.

Azərbaycan üçün "Azərbaycan Distant Universiteti" və ya "Milli rəqəmsal universitet platforması" yaratmaq çox vacibdir.

3. Xarici professorların sistemli cəlbi.

“Qonaq professor” tədbirləri yox, 300–500 beynəlxalq professor proqramı lazımdır.

4. Universitetlər üzrə differensiallaşma.

Bütün universitetlər eyni olmamalıdır. Məsələn, 5–7 tədqiqat universiteti, 10–15 tətbiqi universitet, regional universitetlər, peşə və texnologiya universitetləri, rəqəmsal universitet kimi fərqli missiyalar müəyyənləşdirilə bilər.

5.Beynəlxalq akkreditasiyanın sürətləndirilməsi.

Özbəkistanda 2025-ci ildə 11 universitetdə 40 akademik proqram beynəlxalq akkreditasiyadan keçib.

6. Xarici universitetlərin tədris modelinin transferi.

Sadəcə diplom yox "kurikulum + professor + idarəetmə + laboratoriya + keyfiyyət təminatı" sistemi olmalıdır.

7. Universitet–əmək bazarı əlaqəsi.

Universitetin əsas KPI-larından biri məzunun 6 və 12 ay sonra məşğulluğu olmalıdır.

Əslində hər iki ölkənin qarşısında eyni böyük problem dayanır: “Universiteti diplom verən müəssisədən bilik, texnologiya və insan kapitalı yaradan quruma çevirmək.”

Sİ dövründə bu məsələ daha da kəskinləşir. Çünki artıq məlumat universitetin əsas üstünlüyü deyil, mühəndislik bilikləri təkcə universitetdə deyil, standart mühazirə artıq AI tərəfindən əvəzlənə bilər.

Universitetin əsas üstünlüyü getdikcə "tədqiqat + yaradıcılıq + insan kapitalı + sosial şəbəkə + laboratoriya + innovasiya ekosistemi" olacaq.

Gördüyümüz kimi, bizim ali təhsil sistemi Özbəkistan ali təhsilindən xeyli geridədir. Bu əməkdaşlıqların faydası olacaqmı? Düşünürəm ki, yox. Keçən il də Qazaxıstanla "əməkdaşlıq" edirdik. Nə faydası oldu ki? Əvvəllər də Türkiyə universutetləri ilə belə əlaqələr olub.

Beləcə, zaman və maliyyə itirərək, iş görüntüsü və PR yaradaraq, universitetlərimiz tənəzzülə gedir.

Müəllif: Dosent İlham Əhmədov

Oxşar xəbərlər

Bütün xəbərlər