Xəbər lentiwidget-title-icon

Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb
11,5 milyon manatlıq tender: Elnur Əliyevin rolu və qanunsuzluğun təsdiqi...
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan alıb
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb
Bakalavrlar bu ixtisasları seçmir - Magistratura üzrə STATİSTİKA
Xırdalan şəhər 2 saylı məktəb yoxsa bazar? - ŞİKAYƏT
Asiman İlyasov: Müasir universitetin çevik idarəetmə sistemi olmalıdır
Məktəblərdə çalışan tibb işçilərinin əməkhaqqıları artırılır
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
Prezidentdən hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı SƏRƏNCAM
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır?…
Bu tələbələrə 2000 manat mükafat veriləcək
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi
I sinfə qəbul sabah BAŞA ÇATIR
Yeni dövrün tələbi - Süni intellekt dərsi məktəbdən başlamalıdır
Emin Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - ŞİKAYƏT
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda
MİQ-müsahibəsində geyim nəticəyə təsir edə bilər?
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - ŞƏRHSİZ
Autizmli körpəni döyən Ceyran Muradova İncəsənət məzunu imiş...
Şimal-qərb bölgəsinin 18 məzunu qızıl və gümüş nişana layiq görülüb
Alimlərdən yeni kəşf
Universitet 26 milyon manata təmir olunacaq

Məktəb başlayır: Uşaqları 3 aylıq tətildən necə “çıxarmaq” olar?

Dərslərin başlamasına az vaxt qalıb. Yay tətilinin ardından şagirdlər 3 aylıq fasilədən sonra yenidən məktəb və dərs rejiminə qayıtmağa hazırlaşırlar.

Uzunmüddətli tətilin ardından bəzi uşaqların yuxu rejiminə, səhər erkən oyanmağa və diqqətlərini dərslərə yönəltməyə uyğunlaşması çətinləşə bilər.

Bu baxımdan, şagirdlərin məktəbə daha asan adaptasiyası üçün valideynlər və müəllimlər nələrə diqqət etməlidirlər? Uşaqların yuxu və gündəlik rejimi necə tənzimlənməli, müəllimlər ilk günlərdə onların dərsə marağını və diqqətini necə qorumalıdırlar?

Tehsilmedia.com xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, ümumiyyətlə, uşaqları uzunmüddətli tətildən sonra dərs rejiminə adaptasiya etmək kifayət qədər çətin olur. Onun sözlərinə görə, bu prosesdə həm valideynin, həm müəllimin, həm də məktəbin rolu var və onlar birlikdə bu məsələnin öhdəsindən gəlməlidirlər.

"Ən çox rast gəlinən problemlərdən biri uşaqların tətil müddətində saatlarla telefondan istifadə etməsi və yuxu rejiminin pozulmasıdır. Gec saatlarda yatmağa və gec oyanmağa öyrəşən uşaqların məktəb başlayanda əvvəlki rejimə qayıtması çətinləşir. Buna görə ilk növbədə yuxu rejimini tədricən qaydaya salmaq lazımdır. Bunun üçün uşağın yatma saatı hər gün təxminən yarım saat daha erkən müəyyənləşdirilə bilər.

Bundan əlavə, telefon istifadəsinə də nəzarət edilməlidir. Uşaq uzun müddət telefondan istifadə etməyə öyrəşibsə, məktəb başlayanda telefonun birdən-birə əlindən alınması onda aqressiya və narazılıq yarada bilər. Buna görə bu dəyişiklik əvvəlcədən və tədricən həyata keçirilməlidir.

Uşaqları məktəbə həvəsləndirmək, onları qorxutmamaq da vacibdir. Bir çox valideyn uşağa “məktəb başlayır, telefon bitdi” kimi yanaşır. Bu zaman uşaq məktəbi öyrənmək və yeni biliklər qazanmaq yeri kimi deyil, qarşıda onu gözləyən məhdudiyyət və çətinliklər dövrü kimi qəbul edə bilər. Nəticədə məktəbə getmək istəyi də azala bilər.

Bu problemlərin bir hissəsi məhz evdə həll olunmalıdır. Valideynlər uşağın yuxu və oyanma saatlarını əvvəlcədən tənzimləməli, səhər yeməyi vərdişini bərpa etməli və telefona ayrılan vaxtı azaltmalıdırlar. Uşaq məktəb başlamazdan əvvəlki günlərdə tədricən daha erkən oyanmağa alışdırılmalıdır.

Müəllimlərin də burada mühüm rolu var. İlk gündən uşaqlardan yüksək səviyyədə tələblər irəli sürmək onların dərsə marağının azalmasına səbəb ola bilər. Buna görə müəllimlər ilk günlərdə uşaqların kiçik uğurlarını belə qiymətləndirməli və onları həvəsləndirməlidirlər.

İlk həftədə uşaqlar diqqətsiz, yorğun, narahat və həvəssiz ola bilərlər. Buna görə müəllimdən səbir və düzgün yanaşma tələb olunur. İlk günlərdə əsas məqsəd uşaqları dərhal yüksək dərs tempinə salmaq deyil, onların diqqətini toplamaq və təhsil fəaliyyətinə uğurlu şəkildə uyğunlaşmasını təmin etmək olmalıdır.

Xüsusilə ilk günlərdə uşaqlarla yay tətilini necə keçirdikləri barədə söhbətlər aparmaq da faydalıdır. Bu, həm müəllimlə şagird arasında ünsiyyətin qurulmasına, həm də uşaqların məktəb mühitinə daha rahat uyğunlaşmasına kömək edə bilər. İlk günlərdən daha çox tələb irəli sürməkdənsə, uşağın məktəbə psixoloji və emosional uyğunlaşmasına şərait yaratmaq daha məqsədəuyğundur".

Oxşar xəbərlər

Bütün xəbərlər