Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?

Bakı şəhəri 93 və 42 nömrəli məktəblərin direktoru Xalidə İbrahimova sosial media hesabında guya təkzib verib. Haqqında yazılanlardan yalnız attestat məsələsini təkzib etməyə çalışır. Hansı ki məktəb qiyməti 2 olan məzunun DİM imtahanında 5 alması məsələsinə də bir neçə gün əvvəl sosial media hesabında özü izahat da vermişdi.

Digər məsələləri isə görməzdən gəlir arxalı direktor. Vaxtilə Təhsil Nazirliyindən niyə kənarlaşdırıldığı, BŞTİ-də çalışdığı vaxt direktorlara olan münasibəti, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova ilə mübhəm dostluq əlaqələri, vaxtaşırı Ağ Şəhərdəki və digər elit məkanlardakı görüşləri, təmtəraqlı ad günü partiləri, məktəb direktorlarının, direktor müavinlərinin və digər vəzifələrə təyinatlarda oynadığı rol, BŞTİ müdirinin kabinetinə istədiyi zaman sərbəst giriş mandatı, ayrı rayonlarda yerləşən və bir-birindən kilometrlərcə uzaq olan 2 məktəbə necə və nəyin qarşılığında direktorluq etməsi, hər 2 məktəbdə müəllimlərdən, şagirdlərdən və valideynlərdən toplanan vəsaitlər, Azərbaycan Texniki İnstitutunu bitirərək məktəb direktoru olmağın qaranlıq tərəfləri və digər çoxsaylı suallara isə nə əcəbsə cavab verməyib. Məlumata görə "təkzibi" rəfiqəsi, BŞTİ müdiri Nərminə Hüseynova ilə məsləhətləşərək yazıb. Çünki yazılan faktlardan, çoxlarının bildiyi "Rəfiqə İttifaqı"nın ifşa olunmasından o da ciddi narahatlıq keçirib. Həm də məsləhət belə olub ki müəllimlərə tapşır şərhlərdə səni müdafiə etsinlər. Müəllimlərin çoxu saxta şərhlə tərif deməyi qəbul etməsə də məcburiyyət qarşısında yazanlar olub.

Xalidə İbrahimova fəaliyyətinə dair məlumatların bir qisminin ictimailəşməsində 93 və 42 nömrəli məktəblərdə "onu istəməyənlər"dən, sitəm etdiyi şəxslərdən şübhələndiyini, gümanının isə çox yerə getdiyini bildirib. Başa düşüləndir, adam dinc durmayıb, qaz vurub, qazan dolduran zamanlarda o qədər adamı əzib keçib ki...

Ardınca da yenə quş buraxıb, acıq verirmiş kimi dəbdəbəli həyat tərzini sərgiləyir. Xaricdə istirahət etdiyini göstərən görüntülər yayır, zəngin həyat yaşadığını nümayiş etdirir. Asan ələ keçmiş var-varidat belədir, çox olanda uzaqdan da bərq vurur.

Müəllimlər, direktor müavinləri, həqiqi, halal maaşa işləyən məktəb direktorları ölkə daxilində birtəhər istirahət etdiyi, əksər məktəb direktorları hələ də məktəbdə oturub məzunların attestat alması üçün çalışdığı halda Xalidə İbrahimova kimi oliqarx direktorlar göylərdə gəzirlər - bir təyyarədən düşür, o birinə minirlər. Ən bahalı istirahət mərkəzlərindən eqo satırlar. Hələ bu meşşanlığı nümayiş etdirir, onlardan bezən müəllimlərə və valideynlərə "ayaqdayam" mesajı göndərir, dolanışıq dərdi çəkən müəllimlərə qıcıq verirlər.

Təəssüf ki, paytaxtın 2 böyük məktəbi eyni vaxtda belə "politexnik məzunu"na tapşırılıb. Belələri müəllim qədrini, müəllim davranışını haradan bilə bilər ki?

Oxşar xəbərlər

Bütün xəbərlər