Xəbər lentiwidget-title-icon

"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi

Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab

Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana işçilərinin attestasiyası narazılığa səbəb olub.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçilər bildiriblər ki, illərlə kitabxanalarda çalışan əməkdaşlara əvvəlcədən təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki suallar verilib, nəticədə bir çoxu işdən azad edilib.

Həmin vətəndaşlar hesab edirlər ki, rəqəmsallaşma məqsədi ilə aparılan islahatlar əvvəlcə təlim və hazırlıqla müşayiət olunmalı, yalnız bundan sonra attestasiya keçirilməlidir. Onların fikrincə, uzun illərin təcrübəsini bir neçə texniki sual əsasında qiymətləndirmək ədalətli yanaşma deyil:

“Neçə ay əvvəl hansı kitabxanaya mütəxəssis göndərildi? Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi? Cavab çox sadədir: heç biri. Əvvəl insanı hazırlayarsan, sonra biliyini yoxlayarsan. Ən acınacaqlısı isə odur ki, onların çoxu yaşlı insanlardır. Bu yaşda iş tapmaq onsuz da çətindir. Əgər məqsəd kitabxanaları rəqəmsallaşdırmaqdırsa, buna etiraz edən yoxdur. Amma rəqəmsallaşma insanların taleyi hesabına aparılmamalıdır. Texnologiyaya keçid bir gündə olmur. Bunun yolu təlimdir, hazırlıqdır, dəstəkdir”.Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların attestasiyası keçirilib:

“Attestasiya ölkə üzrə bu qəbildən olan və yalnız informasiya texnologiyaları və kitabxana proseslərinin avtomatlaşdırılması ilə bağlı vəzifələrdə çalışan əməkdaşları əhatə edib. Attestasiyaya cəlb olunan 1100-dən çox əməkdaşın 25 faizi ali, 50 faizi orta ixtisas, 25 faizi isə orta təhsilli olub. Attestasiyanın əsas məqsədi kitabxana sistemində həyata keçirilən rəqəmsal transformasiya prosesinin tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların peşə bilik və bacarıqlarını, tutduqları vəzifələrə uyğunluğunu qiymətləndirmək, eyni zamanda rəqəmsal xidmətlərin keyfiyyətini daha da gücləndirməkdir. Attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə təsdiq edilmiş işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun təşkil olunub. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın keçirilməsi, attestasiya proqramı, qiymətləndirmə istiqamətləri və tez-tez verilən suallar bu ilin aprel ayından etibarən Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Attestasiya zamanı informasiya texnologiyaları üzrə sualların verilməsi də məhz attestasiya olunan əməkdaşların vəzifə funksiyalarından irəli gəlib. Kompüter, şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi üzrə baza biliklərinin qiymətləndirilməsi həmin vəzifələrin ayrılmaz tərkib hissəsidir”.Nazirlikdən o da bildirilib ki, hazırda attestasiya komissiyalarının rəyləri və protokolları ümumiləşdirilir və yekun nətiəcələr əməkdaşlara işəgötürən tərəfindən bildiriləcək:

“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların müasir tələblərə uyğun inkişafı, rəqəmsal transformasiyası və xidmət keyfiyyətinin artırılması həyata keçirilən islahatların əsas istiqamətlərindəndir. Attestasiya prosesi də bu məqsədlərə xidmət edən, peşə uyğunluğunun qiymətləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş qanunvericiliklə tənzimlənən mexanizmdir. Nazirlik bu prosesi qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və vahid qiymətləndirmə prinsipləri əsasında həyata keçirməkdə davam edəcək”.

Oxşar xəbərlər

Bütün xəbərlər