Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Vətənə xəyanət öləndə də bağışlanmır

Almaniyada turallar və trollar necə faş oldu…

Tarix hər zaman sübut edib ki, dövlətlərə qarşı aparılan mübarizə həmişə silahla həyata keçirilmir. Müasir geosiyasi reallıq göstərir ki, informasiya müharibəsi, psixoloji təsir, dezinformasiya, manipulyasiya və hibrid təhdidlər klassik qarşıdurmaların ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz buna görə də milli təhlükəsizlik anlayışı təkcə sərhədlərin qorunması ilə məhdudlaşmır. Dövlətin informasiya məkanı, ictimai şüuru və milli həmrəyliyi də eyni dərəcədə qorunmalı olan strateji dəyərlərdir.

Uzun illər ərzində müxtəlif qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini fərqli maskalar altında aparmağa çalışıblar. Özlərini demokratiyanın, insan hüquqlarının və ya xalqın maraqlarının müdafiəçisi kimi təqdim edən bəzi şəxslər haqqında zaman-zaman onların xarici maraqlara xidmət etdiyi, Azərbaycana qarşı informasiya kampaniyalarında iştirak etdiyi barədə müxtəlif iddialar və faktlar gündəmə gəlib.

Dövlətə və Vətənə xəyanət tarix boyu ən ağır əməllərdən biri hesab olunub. Tarix belə insanları bağışlamır. El arasında da deyirlər ki, Vətənə xəyanət edəni öləndən sonra torpaq da qəbul etmir.

Bu mövzunun beynəlxalq platformada açıq şəkildə gündəmə gətirilməsi Münxendə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışları ilə diqqət çəkdi və bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Məqsəd cəmiyyətə özlərini xalqın müdafiəçisi kimi təqdim edən şəxslərin fəaliyyəti ilə bağlı fərqli baxış bucağını nümayiş etdirmək idi.

Bir neçə gün öncə isə Berlində Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Tural Sadıqlı ilə ayaqüstü söhbətində bu xətti yüksək peşəkarlıq və məharətlə davam etdirdi. O, irəli sürülən iddialara sakit, arqumentli və inamlı şəkildə cavab verərək müzakirənin istiqamətini müəyyənləşdirdi. Bundan sonra sosial şəbəkələrdə yayılan videolar ətrafında müxtəlif manipulyasiya cəhdləri müşahidə olunsa da, hadisənin mahiyyəti dəyişmədi.

Sonradan müxtəlif sosial media hesablarında həmin videoya əlavə səs yazıları montaj edilərək fərqli təqdimat yaradılmağa çalışıldı. Bununla hadisənin mahiyyətini dəyişmək və ictimai rəydə fərqli təsəvvür formalaşdırmaq cəhdləri diqqətdən yayınmadı.

Ən təhlükəli məqamlardan biri də məhz budur ki, cəmiyyətə dost kimi görünən, amma fəaliyyəti ilə dövlət maraqlarına zərbə vurduğu iddia olunan şəxslər uzun müddət etimad qazana bilirlər. Onlar özləri haqqında “xalqın səsi”, “ədalətin müdafiəçisi” obrazı formalaşdırmağa çalışırlar. Halbuki Vətən sevgisi əməli fəaliyyətlə ölçülür. Azərbaycanın maraqlarına qarşı yönəlmiş addımlar atmaqla Vətən sevgisindən danışmaq ciddi ziddiyyət yaradır. Tural Sadıqov kimi. Turallar və trollar kimi... Farsdan, rusdan maliyyə və sifariş alan dəllallar kimi.Son illərdə Azərbaycanın informasiya diplomatiyası bu istiqamətdə daha fəal mövqe nümayiş etdirir. Xarici platformalarda ölkənin mövqeyinin əsaslandırılması, dezinformasiyaların ifşa olunması və həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan beynəlxalq tədbirlərdə səsləndirilən arqumentlər və aparılan polemikalar informasiya mübarizəsinin vacib elementləri kimi qiymətləndirilir.

Cəmiyyət bir həqiqəti heç vaxt unutmamalıdır, milli maraqlar şəxsi ambisiyalardan, siyasi baxışlardan və fərdi maraqlardan qat-qat üstündür. Dövlətə münasibətdə fərqli fikirlər ola bilər, tənqid də demokratik cəmiyyətin təbii elementidir. Lakin xarici təsir alətinə çevrilmək, milli maraqları başqa dövlətlərin geosiyasi planlarına qurban vermək və ya belə fəaliyyətlərə dəstək göstərmək cəmiyyət tərəfindən qəti şəkildə qəbul edilməməlidir.

Vətənə xəyanət anlayışı tarix boyu ən ağır mənəvi və hüquqi qiymətləndirilən əməllərdən biri olub. Çünki burada söhbət təkcə dövlətə qarşı yönəlmiş addımdan getmir. Bu, həm də şəhidlərin qanına, xalqın gələcəyinə, milli yaddaşa və müstəqilliyə qarşı yönəlmiş davranış kimi qiymətləndirilir. Məhz buna görə də Vətənə sədaqət hər bir vətəndaş üçün mənəvi məsuliyyət, hüquqi dövlət üçün isə milli təhlükəsizlik prinsipidir.

Bu gün informasiya məkanında manipulyasiya, spekulyasiya, saxta narrativlərin formalaşdırılması və ictimai rəyi yönləndirməyə hesablanmış texnologiyalar geniş tətbiq olunur. Hibrid müharibənin əsas alətlərindən biri də məhz budur. Ona görə də hər bir vətəndaş informasiyanı tənqidi düşüncə ilə analiz etməli, emosiyaların deyil, faktların arxasınca getməlidir.Tarix dəfələrlə göstərib ki, xarici güclər müxtəlif regionlarda öz maraqlarını həyata keçirmək üçün daxildə təsir şəbəkələri formalaşdırmağa çalışırlar. Azərbaycan da bu baxımdan istisna deyil. Buna görə milli həmrəylik, vətəndaş məsuliyyəti və dövlətçilik düşüncəsi daim gücləndirilməlidir.

Unutmayaq ki, Vətən təkcə torpaq deyil. O, həm də bayraqdır, dövlətçilikdir, tarixdir, şəhidlərin əmanətidir və gələcək nəsillərin taleyidir. Bu dəyərlərə sədaqət hər bir azərbaycanlının vicdan borcudur.

Vətən sevgisi şüarla yox, əməli fəaliyyətlə sübut olunur. Dövlətinə sədaqət göstərən xalq heç vaxt məğlub olmur. Milli birlik isə Azərbaycanın ən böyük strateji üstünlüyüdür. Ayıq olmaq, milli maraqları qorumaq və dezinformasiyaya qarşı mübarizə aparmaq hər bir vətəndaşın məsuliyyətidir. Çünki dövlət güclü olduqca xalq güclü olur, xalq bir olduqca isə Vətən əbədi yaşayır.

Bir məsələni xüsusilə yadda saxlamaq lazımdır: tarix xəyanəti bağışlamır. Tarix xəyanəti gizlətmir. Vətənə xəyanət edənlər qara ləkə kimi hər zaman yaddaşlarda qalırlar.

Unutmsınlar, Vətənə xəyanət, ailəyə, övlada, valideynlərə, dostlara xəyanətdən milyon dəfə ağır xəyanətir.

Oxşar xəbərlər

Bütün xəbərlər