Xəbər lentiwidget-title-icon

İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."

Peşə Təhsilində Vakansiya Şousu: Rəqəmsal Ştatlar Kimin Qohumuna Saxlanılır?

Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və istehsalat təlimi ustalarının boş ştatlarının illərdir müsabiqəyə çıxarılmaması prosesi bu il də davam edir.

Tehsilmedia.info xəbər verir ki, artıq peşə təhsili müəssisələrində ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesi üzrə müsabiqəyə start verilib.

Vakant yerlər açılıb, müsabiqə elan olunub. İmtahanda iştirak edən şəxslər vakant ştatları görməklə sənədlərini təqdim edirlər. Amma bu dəfə də Peşə Təhsili üzrə Dövlət Agentliyində hansısa maraqlardan irəli gələrək bəzi ixtisaslar olsa da, vakant olaraq müsabiqəyə çıxarılmır.

Sadə bir fakt göstərək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytında (https://vet.edu.gov.az/) "Mövcud ixtisaslar" bölməsi var. Bu bölmədə hansı peşə təhsili mərkəzində və müəssisəsində hansı ixtisasların tədris olunduğu açıq şəkildə göstərilir. Sadə bir araşdırma apararaq yenə də fərqli münasibət, bəlkə də saxtakarlıq edildiyi aşkar görünür.

Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi olaraq elan etdiyi bu ilki vakansiya siyahısında ("Vakansiya siyahısı": https://shorturl.at/5CZoD) Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - "Media və kommunikasiya – Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant müəllim yeri elan edilib. Yəni bu vakant müəllim yeri uğrunda namizədlər imtahanda iştirak edəcəklər.

Elə isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq olan "Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant yer niyə müsabiqəyə çıxarılmayıb?

Bu marağın adı nədir?

Hər il müsabiqədə iştirak edən şəxslər vakant yerlərin gizli saxlanıldığını, müsabiqəyə təqdim edilmədiyini deyirlər. Sonradan isə məlum olur ki, ya həmin ixtisas üzrə hansısa şəxs müqavilə ilə işə götürülüb, ya da bu fənn peşə mərkəzində başqa bir müəllimə həvalə olunub. Bu nə deməkdir?

Azərbaycanda rəqəmsal inkişaf strategiyası hazırlanıb, bütün ölkədə rəqəmsal inkişafdan danışıldığı bir vaxtda Elm və Təhsil naziri Emin Əmrullayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə məktəblərində öyrədilməsi prioritet hesab olunan bu ixtisası niyə gizli saxlayırlar? Bu hansı səbəbdən və maraqdan qaynaqlanır?

Görünür, bunlara hələ də aşbaz, bərbər kimi ixtisas qruplarının sayını artırmaq daha çox sərf edir. Rəqəmsallaşma, inkişaf və gənclərin bu sahə üzrə hazırlanması məsələsi isə yenə də arxa planda qalır.

Bu məsələ redaksiyanın ciddi diqqət mərkəzindədir və yəqin ki, yeni dərs ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mövcud olan "Rəqəmsal məzmun idarəçiliyi" ixtisası üzrə vakant yer ya çıxdaş ediləcək, ya da həmin yerə müqavilə əsasında hansısa şəxs işə götürüləcək.

Prosesi diqqətdə saxlayırıq.

Oxşar xəbərlər

Bütün xəbərlər