Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində, mütəmadi olaraq güncəllənən bir mövzudur, fərq ondadır ki, ənənəvi universitetlər, nazirliklər siyahısına bu dəfə yeni ad əlavə olunub: köçürülməsi istənilən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Uzun illərdir paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən, həşəmətli, hətta bir az da heybətli Akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır. Digər tərəfdən də sual yaranır:

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov bizim.media-ya bildirib ki, dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılması çoxdan mövcuddur:

“Bəzi ölkələrdə bu tipli tarixi binalar elə şəhərin mərkəzində qalır. Amma belə binalar daha çox administrativ idarəçiliyini davam etdirir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır.

AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə, niyə də olmasın?

Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz elmblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarımız da var”.

Akademik onu da vurğulayıb ki, bizim bəzi universitetlərimizin filialları digər şəhər və rayonlarda artıq mövcuddur.

Hələ ki bu filialların səviyyəsi mərkəzdəki kimi yüksək olmasını demək çətindir:

“Əlbəttə ki, problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki, yüksələcək, çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni bölgələrimizdə də elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər