Xəbər lentiwidget-title-icon

İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."

İncəsənət məktəblərinə müəllim qəbulu başladı - Ödəniş açıqlandı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir.

AzEdu.az xəbər verir ki, müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.

Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə yalnız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə vakant vəzifələr nəzərdə tutulur. Bu vəzifələr üzrə müsabiqədə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan, ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müəllim vəzifələri üzrə müsabiqə isə həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı 8 iyul 2026-cı il saat 14:00-dan 23 iyul 2026-cı il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı 8 avqust 2026-cı il tarixində keçiriləcək.

Namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər. Direktor və direktor müavinləri üzrə müsabiqədə iştirak haqqı 118 AZN, müəllimlər üzrə müsabiqədə iştirak haqqı isə 80 AZN təşkil edir.

Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Müəllimlər üzrə keçid balları məktəbin yerləşdiyi əraziyə və bəzi ixtisaslar üzrə xüsusi tələblərə uyğun müəyyən edilir.

Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Namizədlər müvafiq keçidlərə daxil olmaqla müsabiqə barədə ətraflı məlumat, ixtisas tələbləri, test proqramları (müəllimlər üçün, direktor və direktor müavinləri üçün) və qeydiyyat qaydaları ilə ətraflı tanış ola bilərlər.

Oxşar xəbərlər

Bütün xəbərlər