Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

Azərbaycan Universitetinin XXXII Məzun Günü keçirilib

Azərbaycan Universitetinin XXXII buraxılış Məzun Günü keçirilib.

AzEdu.az xəbər verir ki, “Badamdar Hotel and Residences”də təşkil olunan tədbirdə universitet rəhbərliyi, professor- müəllim heyəti, inzibati heyət üzvləri və məzunlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, həmçinin universitetin şəhid məzunlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva təbrik nitqi ilə çıxış edərək, tədbiri açıq elan edib. Rektor qeyd edib ki, Məzun Günü tələbəlik həyatının başa çatması ilə yanaşı, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır. Bu gün universitetdən məzun olan gənclər sabah ölkənin müxtəlif sahələrində inkişafın aparıcı qüvvəsinə çevriləcək, onların əldə edəcəkləri hər bir uğur universitet üçün qürur mənbəyi olacaq.

Səadət Əliyeva bildirib ki, müasir dövrdə uğurun əsas şərtlərindən biri daim yenilənmək, fasiləsiz öyrənmək və yeni biliklərə yiyələnməkdir. Sürətlə dəyişən dünyada rəqabətqabiliyyətli olmaq, fərqlənmək və cəmiyyətə töhfə vermək üçün ömürboyu təhsil prinsipi hər bir insanın, bu gün məzun olan hər bir gəncin həyat fəlsəfəsinə çevrilməlidir.

Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inzibati və pedaqoji heyətinin bakalavriat və magistratura təhsili dövründə tələbələrin keyfiyyətli, ədalətli və müasir çağırışlarla ayaqlaşan akademik mühitdə təhsil almaları üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. Valideynlərin övladlarının təhsili naminə göstərdikləri dəstək və fədakarlığı yüksək qiymətləndirdiyini bildirib, məzunlara xoş arzularını çatdırıb. “Bütün məzunlarımızı təbrik edirəm. Əminəm ki, hər biriniz həyatınızın yeni mərhələsində böyük uğurlara imza atacaq, ailənizin, universitetimizin və dövlətimizin adını daim uca tutacaq, universitetimizi layiqincə təmsil edəcəksiniz”, - deyə rektor çıxışını yekunlaşdırıb.

Daha sonra rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları
fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev, Akademik Məsləhət və Elektron Universitet şöbəsinin müdiri Afiq Nadirov məzunları təbrik edib, onlara təhsilin növbəti pilləsində, şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Təbrik nitqlərinin ardından dörd illik tələbəlik dövründə ictimai fəallığı ilə seçilən və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan 16 məzuna universitetin rektoru Səadət Əliyevanın fəxri fərmanları təqdim olunub. Biznes və iqtisadiyyat fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisasının məzunu, eyni zamanda universitetin əməkdaşı olan Şəhriyar Qəribov təhsilini ən yüksək nəticə ilə başa vuraraq Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üzrə birincisi olub. Adını universitetin tarixinə yazdıran Şəhriyar Qəribov şəklini “Universitetin fəxrləri” lövhəsində yerləşdirib və məzunlar adından çıxış edib. O, çıxışında universitetdə keçirdiyi illərin onun şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib, qazandığı uğurda böyük əməyi olan universitet rəhbərliyinə, müəllimlərinə və daim yanında olan həmkarlarına təşəkkürünü bildirib.

Rəsmi hissənin sonunda məzunların ifasında Azərbaycan Universitetinin himni səsləndirilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Universitetini bu il bakalavriat və magistratura səviyyələri üzrə 800-ə yaxın məzun bitirir. Məzun Günü tədbiri onların tələbəlik illərinə yekun vurmaqla yanaşı, yeni həyat və karyera mərhələsinin başlanğıcını da simvolizə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər