Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib

Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev işgüzar səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib.

AzEdu.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Suriya Ərəb Respublikasının təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi ətrafında danışıblar. Görüş çərçivəsində həmçinin cari ilin fevral ayında imzalanan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"dən irəli gələn məsələlərin icrası istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov ilə də görüşüb. Görüşdə Azərbaycan və Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviq edilməsi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.

Dünya Təhsil Forumu çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə də görüş baş tutub. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE beynəlxalq reytinqlərində mövcud təmsilçilik göstəriciləri, son illərdə əldə olunan irəliləyişlər və universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq akademik nüfuzunun gücləndirilməsi və qlobal reytinqlərdə daha yüksək nəticələr əldə etməsi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bundan əlavə, UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə keçirilən görüşdə tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq və qlobal təşəbbüslərdə birgə iştirak imkanlarını müzakirə ediblər. Görüşdə təhsildə innovativ yanaşmalar və dayanıqlı inkişaf məqsədləri istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüş zamanı Azərbaycan ilə OECD arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub. Tərəflər şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və müasir bacarıqların inkişafı sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə beynəlxalq qiymətləndirmə mexanizmlərinin təhsil siyasətinin formalaşdırılmasında rolu və məlumat əsaslı qərarvermənin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər