Xəbər lentiwidget-title-icon

İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı
“Sağlam məktəbli” layihəsi yeni tədris ilində də davam edir
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."

Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE

Massaçusets Texnologiya İnstitutunun çoxlu sayda məşhur məzunları var, onlardan 75 nəfəri Nobel mükafatına layiq görülüb. İnstitutun tanınmış məzunlarından biri Azərbaycan əsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, mərhum professor Lütfi Rəhim oğlu Ələsgərzadədir (Lütfi Zadə).

Modern.az-ın məlumatına görə, hazırda Massaçusets Texnologiyalar İnstitutunda üç azərbaycanlı qız da ali təhsil alır. Onların qısa dosyelərini təqdim edirik:Dəniz Səttarlı 2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olub. İlk təhsilinə Mahmudavar məktəbində başlayıb. 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub.

2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə gostərib, respublika birincisi olub.

İki il ard-arda Respublika Fənn Olimpiadaları birincisi olub. Belə ki, ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medala layiq görülüb. Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında yenidən qızıl medalla təltif olunub.

Dəniz Səttarlı 2023-cü ildə dünyanın ən yaxşı universitetinə, Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. O, ölkəmizdən bu universitetə daxil olan ilk qızdır.

***Sevinc Mahmudova 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. 12 yaşınadək təhsilini burada alıb. 6-cı sinifdən təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib.

Bakı Türk Liseyinə qəbul olunandan sonra ailəsilə birgə Bakıya köçüb. Bir bacısı, bir qardaşı var. Onun valideynlərinin hər iisi proqramçıdırlar, dövlət qulluğunda çalışırlar.

O, dəfələrlə respublika və beynəlxalq fənn olimpiadalarında qalib olub.

Sevinc Mahmudova Respublika Fənn Olimpiadalarında 1 qızıl və 2 gümüş medal, riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medallar qazanıb.

O, olimpiadalara Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində hazırlıq keçib.

2023-cü ildə Bakı Türk Liseyindən məzun olan Sevinc Mahmudova Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutuna (KAIST) qəbul olunub. Birinci kursu burada oxuyan Sevinc 2024-cü ildə Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. Hazırda dünyanın ən yaxşı universitetində sli təhsilini davam etdirirSelcan Süleymanlı 2025-ci ildə Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. O da Bakı Türk Liseyinin məzunudur.

Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal ("birincilərin birincisi”) əldə edib.

Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.

Oxşar xəbərlər

Bütün xəbərlər