Xəbər lentiwidget-title-icon

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq
Tovuzda təhsil adına OYUNBAZLIQ - BU NƏDİ BELƏ?
Qərbi Kaspi Universitetində ödənişsiz təhsil alan tələbələrdən pul tələb edilir - Rəsmi cavab
Qürur tariximiz! APREL DÖYÜŞLƏRİ
Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Məleykə Abbaszadə oyunları...
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF
Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"
Diplomlu İşsizlər Ordusu və "Yoldan Keçən" Müəllimlər
Aprelin 12-də buraxılış imtahanları KEÇİRİLƏCƏK
Bazar günü 50 min şagird buraxılış imtahanı verəcək
MİQ imtahanlarına qeyri-pedaqoji ixtisaslılar da buraxılacaq - SİYAHI
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BAŞLADI
DİM TOEFL iBT imtahanı keçirilib
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək
Yay Məktəbi: Təhsil Layihəsi, yoxsa Müəllim və Şagirdin "İyun İşgəncəsi"?
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsilinin inkişafına yönəlmiş yeni alınan kitabların təqdimatında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, rektor qeyd edib ki, müasir standartlara cavab verən bu avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacaq.

O bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində fakültənin Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb.Belə ki, Anatomiya kabineti müxtəlif orqan və toxuma modelləri, plakatlar və skeletlərlə təchiz edilib. Histologiya kabineti DNT və RNT modelləri, hüceyrə quruluşunu əks etdirən vəsaitlər və müxtəlif preparatlar ilə təmin edilib.

Mulyaj-simulyasiya kabinetində stimulyatorlar və müxtəlif sistemlərin işləmə mexanizmini nümayiş etdirən elektron modellər quraşdırılıb. Stomatoloji simulyasiya kabineti isə dəyişilə bilən alt və üst çənə diş modelləri, tikiş sapları və müvafiq alətlərlə təmin olunub.

Fiziologiya laboratoriyası EEQ (elektroensefaloqrafiya) və EKQ (elektrokardioqramma) cihazları, həmçinin eksperimental tədqiqatlar üçün zəruri vasitələrlə təchiz edilib.

Əczaçılıq laboratoriyası üçün liofilizator, titrometr, pH-metr, avtomatik pipetlər, refraktometr, soxslet ekstraktoru, quru qızdırıcı, su hamamı, filtrlər, sınaq şüşələri, çini həvənglər, bitki xammallarından çıxarışların alınması üçün reaktivlər, eləcə də suppozitoriya və kapsul hazırlanması üçün qəliblər alınıb.Kimya laboratoriyası biokimya üzrə aparılacaq təcrübələr üçün zəruri reaktivlərlə təmin olunub.

Mikrobiologiya laboratoriyası paster sobası, quruducu şkaf, qidalı mühitlər, mikroorqanizmlərin kultivasiyası üçün avadanlıqlar, antibiotik diskləri və digər reaktivlərlə təchiz edilib.

Stomatoloji texniki laboratoriya isə diş ölçülərinin götürülməsi və ekstraksiyası üçün tələb olunan alətlərlə, o cümlədən kəlbətin və elevator dəstləri ilə təmin olunub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həmçinin NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq

Oxşar xəbərlər

Bütün xəbərlər