UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi təqaüd qazandı.
UNEC-in SABAH qruplarının 4-cü kurs tələbəsi Səbinə Məmmədova Almaniyanın DAAD təqaüdü üzrə qəbul alaraq magistr təhsilini Almaniyada davam etdirəcək.

























