Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

“Beş-altı universitetdən başqa, digərləri beynəlxalq rəqabətə hazır deyil”

"Ölkəmizdəki ali təhsil müəssisələrinin böyük əksəriyyəti beynəlxalq səviyyədə xarici tələbələrin cəlb olunması və təhsili üçün uyğun deyil".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib."Əvvəlcə qeyd etmək lazımdır ki, ümumilikdə ölkəmizdə 40-50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərsə də, onlardan beş-altısı istisna olmaqla, digər universitetlər beynəlxalq səviyyədə xarici tələbələrin cəlbi və onların təhsil alması üçün tam uyğun deyil. Xarici tələbələrin təhsil ala bilməsi üçün universitetlərdə əcnəbi dillərdə proqramlar təklif olunmalıdır. Əgər proqramlar Azərbaycan dilindədirsə, bu halda xarici tələbələr üçün hazırlıq proqramları təşkil edilməlidir.

Təhsil beynəlxalq akkreditasiya qurumları tərəfindən təsdiq olunmalıdır. Yəni ali təhsil müəssisəsinin ümumi akkreditasiyası kifayət etmir, proqram akkreditasiyası da vacibdir. Məsələn, tibb, hüquq və ya mühəndislik fakültələri ayrıca akkreditasiyadan keçməlidir. Bunun üçün kurikulumlar müasir standartlara cavab verməli, müəllimlər isə bu standartlara uyğun tədris aparmaq qabiliyyətinə malik olmalıdır. Təəssüf ki, bu proses ölkəmizdə müəyyən qədər ləng gedir. Bununla belə, nümunəvi ali təhsil müəssisələri mövcuddur və onların təcrübəsindən istifadə etmək mümkündür".

Xarici tələbələrin cəlbi üçün universitetlərdə yataqxanalar, sosial sahələr və aktiv kampus həyatı da mühüm rol oynayır:

"Gələn tələbələr kampus şəraitində yaşamalı, asudə vaxtlarını səmərəli keçirə bilməli və müxtəlif fəaliyyətlərə qoşulmalıdırlar. Kampus daxilində klublar, idman, incəsənət və sosial fəaliyyətlər təşkil olunarsa, tələbələr bu mühitin bir hissəsinə çevrilər və təhsil müddətini daha rahat keçirərlər.

Ümumilikdə, bakalavr proqramlarının üçillik, magistratura proqramlarının isə birillik modelə keçirilməsi, İngiltərə təcrübəsinə uyğun ingilisdilli proqramların artırılması, müəllim heyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və ya yeni kadrların cəlb edilməsi xarici tələbə axınını artırmağa imkan verə bilər. Bu halda Yaxın Şərq, Körfəz ölkələri, Afrika, Hindistan, Pakistan və Cənub-Şərqi Asiyadan tələbələrin ölkəmizə cəlbi mümkün olar.

Digər mühüm məsələ universitetlərdə mövcud düşüncə tərzidir. Bir çox hallarda əməkdaşlar islahat aparmaq və liderlik etmək əvəzinə, mövcud vəziyyəti qorumağa üstünlük verirlər. Bu isə inkişafı ləngidir. Universitetlər islahatlara başladıqda isə kadr çatışmazlığı ilə üzləşirlər. Mövcud kadr potensialı, istər dil bilikləri, istərsə də müasir yanaşmalar baxımından - bu dəyişiklikləri həyata keçirmək üçün kifayət etmir. Eyni zamanda maliyyə, maddi-texniki baza və infrastruktur kimi resurs çatışmazlığı da problemlər yaradır.

Beynəlxalq tələbələrin cəlbi və ölkənin təhsil imkanlarının tanıdılması baxımından universitetlərin infrastrukturu və akademik mühiti həlledici əhəmiyyət daşıyır. Bir çox ali təhsil müəssisəsində kampus, sosial və idman infrastrukturu, eləcə də tələbə klubları yetərli səviyyədə deyil ki, bu da xarici tələbələrin cəlbinə mane olur.

Bu problemlərin həlli üçün ilk növbədə kadrlarda islahat aparılmalıdır. Çünki genişmiqyaslı dəyişikliklər üçün peşəkar komanda tələb olunur. Futbol analoqu ilə desək, güclü komanda qurmaq üçün yeni transferlər vacibdir. Yeni kadrlar cəlb edildikdən sonra onların ehtiyacları müəyyənləşdirilməli və müvafiq şərait yaradılmalıdır. Yalnız bu halda həyata keçirilən islahatlar gözlənilən nəticəni verə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər