Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə

Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır. İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb. Şikayət edənlərin bir qismi isə sualların düzgün və aydın formada tərtib olunmadığını, bəzi sualların mətninin həddindən artıq uzun olduğunu, bunun da verilən vaxtla uyğun olmadığını iddia ediblər.

AzEdu.az xəbər verir ki, aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə iddialara cavab verib.

O bildirib ki, bu iddialar əsassızdır:

"Mən təəssüf edirəm ki, bu iddianı son zamanlar ictimaiyyət arasında yaymağa çalışırlar. Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında imtahan proqramlarını ictimaiyyətə təqdim edir. Artıq bir neçə ildir ki, sual kitabçalarını da iştirakçılara təqdim edirik. Yəni uşaqlar imtahandan sonra kitabçaları özləri ilə aparırlar. Bu bir növ bizim ictimai imtahanımızdır. Onu da qeyd edim ki, bu, çox nadir təcrübədir və demək olar ki, digər ölkələrin praktikasında bunu görmürük. Həmçinin imtahandan dərhal sonra nəinki tapşırıqları, hətta onların izahını, hansı alt-standartı yoxlamaq üçün tərtib olunduğunu belə öz saytımıza yerləşdiririk. İmtahan başa çatan kimi, DİM-in "YouTube" kanalında ekspertlərimiz imtahanda istifadə olunan tapşırıqları izah edirlər, mənbəni göstərirlər. Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil.

Sentyabr ayından etibarən ayda bir dəfə olmaqla təhsil və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüşlərə start vermişik. Həmin vaxt proqramları, sonrakı görüşlərin birində isə test modellərini müzakirəyə çıxarmışdıq ki, ekspertlər, pedaqoji ictimaiyyət nümayəndələri öz fikirlərini bildirsinlər. Çox təəssüf ki, bu görüşlərə gələn çox az adam olur. Ancaq sosial şəbəkələrdə bəzi insanlar heç bir əsas olmadan proqram və testlərin ona uyğun olmaması fikrini tirajlayıb insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Halbuki bunlar hamısı əsassız fikirlərdir". (oxu.az)

Oxşar xəbərlər

Bütün xəbərlər