Xəbər lentiwidget-title-icon

Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"

Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı dövlət satınalmaları portalında yerləşdirilən məlumat ictimaiyyət arasında müəyyən suallar doğurur.

"DogruXeber.tv" xəbər verir ki, dövlət satınalmalarının elektron portalında (etender.gov.az) yerləşdirilən məlumatlara əsasən, sözügedən qurum tərəfindən 24 000 manat məbləğində satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Rəsmi məlumatda satınalmanın başlanma tarixi 03 mart 2026-cı il, bitmə tarixi isə 31 dekabr 2026-cı il kimi göstərilib. Satınalma metodu kimi isə “bir mənbə” qeyd olunub.

Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, eyni məzmunlu məlumatın portalda eyni tarixdə iki dəfə yerləşdirildiyi müşahidə olunur. Bu isə müəyyən suallar doğurur: söhbət iki ayrı müqavilədən gedir, yoxsa eyni müqavilə sistemə səhvən iki dəfə daxil edilib?

Qeyd edək ki, dövlət satınalmalarında “bir mənbədən satınalma” üsulu xüsusi hallarda tətbiq edilən prosedurdur. Bu metoddan istifadə edilərkən açıq tender keçirilmir və sifarişçi qurum mal və ya xidməti birbaşa bir təchizatçıdan əldə edir. Qanunvericiliyə görə bu üsul əsasən aşağıdakı hallarda tətbiq oluna bilər: bazarda yalnız bir təchizatçının mövcud olması, təcili və ya fövqəladə vəziyyətlərin yaranması, yaxud texniki və hüquqi səbəblərdən alternativ təchizatçıların olmaması.

Məhz bu səbəbdən “bir mənbə” üsulu ilə həyata keçirilən satınalmalar hər zaman ictimai nəzarət baxımından daha diqqətlə izlənilir. Çünki bu halda rəqabətli tender mexanizmi tətbiq edilmir və digər potensial təchizatçıların prosesdə iştirak imkanı məhdudlaşır.

Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı portala yerləşdirilən məlumatda isə diqqət çəkən məqam məhz eyni məlumatın iki dəfə dərc edilməsidir. Bu vəziyyət bir neçə ehtimalı gündəmə gətirir. Birinci ehtimala görə, eyni məbləğ və eyni şərtlərlə iki ayrı müqavilə bağlanmış ola bilər. Digər ehtimala görə isə müqavilə barədə məlumat sistemə texniki və ya insan faktoru səbəbindən iki dəfə daxil edilmiş ola bilər.

Hər iki halda məsələ ictimai maraq doğurur. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi prosesində şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumlarının satınalma məlumatlarını elektron sistemlərdə dərc edərkən məlumatların dəqiqliyinə və tamlığına xüsusi diqqət yetirməsi vacib hesab olunur.Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmi mövqeyi də maraq doğurur. Əgər portala yerləşdirilən məlumat texniki səhv nəticəsində iki dəfə dərc olunubsa, bunun izahı ictimaiyyət üçün açıqlanmalıdır. Əks halda isə iki eyni məbləğli və eyni tarixli müqavilənin hansı əsaslarla bağlanması məsələsi aydınlaşdırılmalıdır.

“DogruXeber.tv” olaraq məsələ ilə bağlı rəsmi qurumun mövqeyini öyrənmək üçün mətbuat xidmətinə zəng etdik. Lakin təəssüf ki, qarşı tərəf zəngimizə cavab vermədi. İstənlən halda qurumun açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

Qeyd edək ki, dövlət satınalmaları ilə bağlı məlumatların açıq platformalarda yerləşdirilməsi məhz ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan belə məlumatların diqqətlə araşdırılması və mümkün uyğunsuzluqların gündəmə gətirilməsi medianın üzərinə düşən vacib vəzifələrdən biridir.

Mövzu diqqətimizdədir!

Oxşar xəbərlər

Bütün xəbərlər