Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!  



Məktəbin direktoru 8 illik fəaliyyəti dövründə iki universitetdə təhsil alıb(?)

Yenixeber.org: Yevlax rayonunda təhsilin durumu ilə bağlı yazmışdıq. Bu həftənin ilk günü tirajladığımız “Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə, vətənə xəyanət həddi, yoxsa,…???-TƏFƏRRÜAT” sərlövhəli yazımız həm Yevlax ictimaiyyəti, həm də yevlaxlı təhsil işçiləri tərəfindən yüksək səviyyədə qaşılanmış və təqdir edilmişdir. ( Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/197316-yevlax-t%C9%99hsilind%C9%99-n%C9%99-ba%C5%9F-verir-antimilli-%C5%9F%C9%99b%C9%99k%C9%99v%C9%99t%C9%99n%C9%99-x%C9%99yan%C9%99t-h%C9%99ddi-yoxsa.html )

Bundan sonra yevlaxlı oxucularımız tərəfindən Yenixeber.org-a rayonda təhsilin durumu ilə bağlı yeni məlumatlar daxil olmağa başlamış və davam etməkdədir. Hələlik bu məlumatlardan biri haqqında…

Məktəb direktorunun komik davranışları

Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəb, daha doğrusu məktəbin xanım direktoru Ülviyyə Ağayevanın fəaliyyəti ilə bağlı məlumatlar təkcə rəngarəngliyi ilə deyil, həm də doğurduğu suallarla fərqlənir…

Belə ki, məlumata görə, 05.02.2026-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə şikayətlər əsasında yoxlama aparılmışdır. Yoxlamanın səhər saatlarında başladığı və gecə saatlarına qədər davam etdiyi bildirilir.

Araşdırmalarla, bəzi laborantların, eləcə də inklüziv sinifdə dərs deyən müəllimlərin əmək haqqlarının qeyri-qanuni şəkildə üçdə iki hissəyə endirilməsi aşkarlanmışdır. Hətta bu müəllimlərin Ülviyyə Ağayevanın əmri ilə dərs dedikləri siniflərə buraxılmadığı da müəyyən olunmuşdur.

Bildirilir ki, Ü. Ağayeva məktəbin təsərrüfat müdirini təhqir etmiş və onu məcburi şəkildə inventar sənədlərini imzalamağa məcbur etmişdir. Məlumatda da qeyd edilir ki, Ü. Ağayeva təhqirdə sərhəd tanımır. İndiyədəkr məktəbin bir neçə müəllimini iclas zamanı kollektiv qarşısında təhqir edib.

Həmçinin analıq məzuniyyətində olan informatika müəlliminin bir stavka dərsinin laborant tərəfindən keçirildiyi də yoxlama zamanı aşkar edilmişdir.

Məktəbin gənclər təşkilatının rəhbərinin orta təhsil diplomu ilə işlədiyi qeyd olunur. Bu isə nə dərəcədə qanunidir, bilənlər bilir. Belə görünür ki, məktəbin direktorunun öz qanunları var…

Ü. Ağayeva məktəbdə keçirilən dillərlə də bağlı ayrı-seçkilik yaradır, dil müəllimlərini qarşı-qarşıya qoyur. Məktəbin WhatsApp qrupunda müəllimlərə qarşı təhqiredici sözlər yazır. Nəticədə məktəb kollektivi iki de-fakto hissəyə bölünüb.

Ü. Ağayeva sevmədiyi müəllimləri hətta öz otağına belə buraxmır və onları dərslərlə təmin etmir. Ən əsası isə ailəsi olmayan, övladlarını tək böyüdən qadın müəllimlərə qarşı xüsusilə aqressiv münasibət göstərir.

Direktor hesab edilən bu şəxsin davranışları artıq bir çoxları üçün komik görünür. Yuxarıda qeyd etdiyimiz yoxlama aparılan gün 10 və 11-ci sinif şagirdləri də əsl sinif rəhbərlərinin kim olduğunu öyrənmişlər. Məlum olmuşdur ki, kollec təhsilli müəllimlər sinifləri idarə edir, sənədlərdə isə sinif rəhbərləri kimi başqa müəllimlərin adı göstərilir. Halbuki məlum qanunvericiliyə görə, kollec məzunu olan müəllim 10 və 11-ci siniflərə sinif rəhbəri təyin edilə bilməz. Bu cür üç sinif aşkarlanmışdır və maraqlıdır ki, hələ də belə davam etməkdədir.

Yoxlama zamanı məktəbin inventar sənədlərində mövcud göstərilən, lakin əslində olmayan printerlər, kompüterlər və digər avadanlıqların da olmadığı müəyyən edilmişdir.

Həmçinin müəllimlərə əvvəlcədən xəbərdarlıq edilmədən verilmiş töhmətlər də üzə çıxmışdır.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Ü. Ağayeva məktəbdə direktor vəzifəsini daha yüksək vəzifəyə keçmək üçün bir tramplin kimi istifadə edir. Onun 8 illik direktor fəaliyyəti dövründə iki universitetdə təhsil aldığı bildirilir: Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və hazırda isə ADA Universitetində təhsil alır.

Sual olunur: Ü. Ağayeva bu ikinci ali təhsilləri niyə sıravi müəllim işlədiyi dövrdə almamışdır? Bu bir məktəb direktoru üçün fiziki olaraq, nə dərəcədə mümkündür? ADA Universitetində təhsil haqqının kifayət qədər yüksək olması da öz yerində...

Həmçinin kimya və biologiya otaqlarının laboratoriya kimi deyil, adi sinif otaqları kimi istifadə edildiyi müəyyən olunmuşdur. Halbuki bu otaqlar yalnız kimya və biologiya dərsləri zamanı istifadə edilməlidir. Əks halda bu vəziyyət şagirdlərin sağlamlığı üçün təhlükə yarada bilər.

Yoxlamanın nəticəsi isə sadə bir töhmət olub. Bəs niyə şiddətli töhmət yox? Çünki onun artıq iki şiddətli töhməti var.

Sonda isə daha bir sual doğur: bu yoxlama, daha doğrusu bu dramatik şou nəyə və kimə lazım idi?(Yenixeber.org)

Redaksiyadan: Biz yazıda yer alan iddialrla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Oxşar xəbərlər


Bütün xəbərlər

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB