Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

"Boşanma və xəyanət"

"Boşanma və xəyanət"



Əvvəlki illərə nəzər salsaq, statstikaya görə boşanmaların sayı artır. Eyni zamanda da cəmiyyətin boşanmalara qarşı münasibəti də dəyişilib, hətta adi hal olaraq qəbul ediblər. Sizcə boşanmalara qarşı yanaşma adiləşdikcə say etibarı ilə boşanmış ailələr çoxalmırlarmı?
Əlbəttə çoxalır. Bəs görəsən səbəb nədir? Idealogia, sosial, maddi durummu, cinsi problemlər, yoxsa psixoloji təsirlərmi?

Ailənin sosial “yaşam tərzi” dedikdə
cəmiyyətdə tutduğu mövqe, özünü cəmiyyətə təqdimi, ailə içi, kənar insanlar, qohum-tanışların təsiri, insanın sərbəst yaşama prinsipləri, rol gözləməmlərinin normal olmaması və s.

Maddi durum dedikdə isə
insanın maddi istəklərinin ödənilə bilməməsi, ətraf insanların yaşam tərzinə baxdıqca insanın istək tələbatı da oyanır və ödənilməmiş tələbat isə bir başa insan duyğularına təsir edir. Bu zaman psixoloji problemlər baş qaldırır. Gərginlik, sinir sisteminin oyanıqlığı, əhvalın kəskin dəyişməsi, mühit və reallığı qəbul etməmək insanı bir-birini başa düşməz hala gətirir. Ər-arvad bir-birlərini anlamırlar, komprimisə getmək istəmirlər, hər kəs özünün haqlı olduqlarını sübut etmək istəyir.

Ailədə çox vaxtda boşanmalar xəyanət üstündə də yaranır. Xəyanəti bağışlamaq olarmı? Bu sualı cavablandırmağa çalışacam.

Xəyanət bağışlanmaz olsada, xəyanəti yaradan və insanı xəyanətə sürükləyən səbəbləri gözdən keçirək. Sevgi doyumsuzluğu, bəzi komplekslərin tamamlanmaması, həyatının müəyyən hissəsində düşdüyü boşluqlar, keçmişdə yaşadığı psixoloji travmalar, depresiya (nəzərə alsaq ki, kişilər depresiyaya düşəndə bu durumdan çıxmaq üçün zərərli vərdişlərə meyl edirlər. Spirtli içki, qumar, siqaret, narkotik, xəyanət və s.) davamlı konfilikt, kənar insanların ailəyə müdaxiləsi iradə zəifliyindən təsir alta düşmə və s.

Bunlar hamısı xəyanətə sürükləyən səbəblərdir. Bəlkə ilk növbədə bunları aşkara çıxarmaq və bu psixoloji durumu ortadan qaldırmaq lazımdır? Xəyanət baş veribsə diqqət xəyanətə yox, problemi həll etməyə yönəlməlidir.

Əksər xanımlar düşünür ki boşanandan sonra artıq problemim azalacaq. Çünkü onu əsəbləşdirən hal ona xəyanət edən kişi ilə bir yerdə qalmasıdır. Deyirlər ki,- onu görməsəm daha rahat olaram. Nəzərə alsaq ki, bu duyğular həmin vaxt üçün keçərlidir. Sonrakı vaxtlar qəzəb, nifrət hissi azaldıqca peşmançılıqlar önə çıxır. O anda da qadın ya acığa düşüb intiqam, qisas zəminində hərəkət edir, istəmədikləri evliliyə, yeni bir münasibətə baş vurmuş olurlar. Sonra da özlərinə ikinci bir travmanı yaşadırlar, ya da tərk edilmiş, aldadılmış düşüncələrlə yaşayaraq psixoloji durumlarını pozurlar.

Boşanmalar uşaqların psixoloji durumuna necə təsir edir?

Nəzərə alsaq ki, ailə tək ər-arvad münasibəti demək deyil, həm də ailədə övlad varsa, ata və ana obrazı kimi uşaqlarına valideyinlik məhsuliyyətdir. Uşaq valideynlərinin arasında baş verən konfilikti normal qəbul etmir.

Ailədə boşanmalar uşaqlarda bir sıra psixoloji pozuntulara iz açır. Onları həm daixili, həm də xarici aqressivliyə yönəldir.

Daxili aqresivlik dedikdə valideyinin boşanmasını təbii ki, uşaq normal qəbul etmir. Hətta deyərdim ki, utanc yaşayır. Baş vermiş hadisəni daxilində həddindən artıq şişirdir və daxili stres keçirdir. Davranışında xoşa gəlməz pozuntular olur. Gecə yuxularında diksinib oyanmalar, sayıqlamalar, enurez (gecə yerini islatma), utancaqlıq, özünə qapanma, özgüvənsizlik, ünsiyyət halları müşahidə olunur.

Xarici aqressivlik, dostlar, sinif yoldaşlar və ətrafdakı insanlarla aqressiv münasibət, ünsiyyətində kobudluq, qisas almaq iddiası, vurmaq, dağıtmaq və s.

Buna görə ailə boşanmadan öncə uşaqlarının psixoloji durumunu da nəzərə alınmalı, mütəxəssislərlə məsləhətləşməlidir.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi #QHT sədri Emil Maqalov

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE