Xəbər lentiwidget-title-icon

Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?

Sumqayıtda regional təhsil konfransı keçirilib

Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib.

“Şəhərsalma və Memarlıq İli”nə həsr edilən konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edib.

Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşıb.

300 nəfər təhsil işçisinin qatıldığı konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli Məclisin deputatı Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfans iştirakçılarını salamlayaraq regionda təhsil sahəsində əldə olunan nəticələr haqqında məlumat verib. İdarə müdiri tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsi, idarəetmədə şəffaflıq və obyektivliyin təmin edilməsinin əsas prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında milli inkişafın təminatında təhsilin müstəsna rolu olduğunu dilə gətirərək belə bir tədbirin ikinci böyük sənaye şəhəri olmaqla yanaşı elm, təhsil və mədəniyyət mərkəzi hesab edilən Sumqayıtda keçirilməsindən məmnun olduğunu söyləyib.

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə icra olunan dövlət strategiyaları, o cümlədən dövlət proqramları nəticəsində ölkədə genişmiqyaslı islahat tədbirlərinin həyata keçirilməsindən və bu islahat tədbirlərinin təhsil sahəsini də əhatə etməsindən bəhs edib.

Elm və təhsil nazirinin müavini bildirib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub. Bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur.

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin konfrans iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva "Azərbaycanın müasir mədəniyyət modeli üçün təhsildə mədəniyyət konsepsiyası" adlı təqdimatında “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na diqqət çəkərək milli-mənəvi dəyərlərə və qlobal çağırışlara cavab verən müasir mədəniyyət modelinin formalaşması məsələsinə toxunub.

Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva və Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsil siyasəti və təhlili üzrə magistratura pilləsinin məzunu Lalə Əliyevanın təqdimatları ilə davam edib.

Konfrans çərçivəsində T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, təhsilin idarə olunması üzrə doktorant Cəfər Mənsiminin moderatorluğu ilə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ilə sual-cavab sessiyası keçirilib. Nazir müavini iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanıb.

Konfransın keçirilməsində əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.

Konfransa media dəstəyi "Azərbaycan müəllimi" və "Təhsil TV" tərəfindən göstərilib.

Bütün tərəfdaşlarımıza, dəyərli spikerlərimizə, konfransa xüsusi dəyər qatan əziz müəllimlərimizə, o cümlədən öz məlahətli səsi ilə konfransı gözəlləşdirən Elnurə Cavadzadə xanıma dərin təşəkkürümüzü bildiririk.

P.S: sertifikatlar Abşeron-Xızı Regional Təhsil İdarəsinə yaxın müddətdə təqdim olunacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər