Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?

Əfsanə Ağayeva və Orxan Bəyovun Landau və İZƏ nəşriyyatlarında nəşr olunmuş “monitorinqlərə hazırlıq” kitabını stolüstü və məcburi vəsaitə çevirən ibtidai sinif müəllimlərini bu vəziyyətə kim və nə məcbur edir? Cavab acıdır, amma açıqdır: Regionallar və onların timsalında məktəb direktorları. Monitorinq adı altında təhsildə açıq-aşkar qanunsuzluqlar sistemli şəkildə davam etdirilir.

Tehsilmedia.az bildirir ki, məktəbdə dərs artıq təlim-tərbiyə prosesi deyil, nəticə ovuna çevrilib. Cədvəldə nəzərdə tutulan fənlər kənara atılır, onların yerinə bir kitabın “keçilməsi” tələb olunur. Uşaqlar dərs vaxtında digər fənləri öyrənmək əvəzinə monitorinq kitabı ilə məşğul edilir. Bu azmış kimi, dərsdən əlavə saatlar salınır, müəllimlər ödənişsiz şəkildə məktəbdə saxlanılır. Uşaqlar dərsdən sonra yenidən məktəbə çağırılır, istəməyən, xəstə olan şagirdlər və onların valideynləri psixoloji təzyiqə məruz qalır. Məntiq sadədir: nə olur-olsun, yüksək nəticə olmalıdır.

Valideynlərə açıq və ya gizli şəkildə mesaj verilir: “Uşağı sağalt, razı sal, məktəbə gətir.” Sanki söhbət uşaqdan yox, hesabatdan gedir. Sanki məktəb təhsil ocağı yox, statistika emalatxanasıdır. Bütün şagirdlərə eyni kitabın məcburi şəkildə aldırılması isə artıq təhsildən çox, kommersiya qoxusu verir. Hansı hüquqa, hansı səlahiyyətə əsasən?

Yay məktəbi, qış məktəbi adı altında dərslər təşkil olunur, amma müəllimə bir qəpik də ödənilmir. Bununla da bitmir: nazirlik tərəfindən təsdiqlənməyən, dərslik statusu olmayan bir kitaba uyğun proqram yazılır və müəllimdən onun icrası tələb olunur. Bu saxta sistemə tabe olmayan müəllim və direktorlar isə hədələnir, sıxışdırılır, “nəticə vermirsən” damğası ilə kənara itələnir.

Bunların hamısı qanunsuzdur. Dərs cədvəlində olan fənləri keçməmək qanunsuzdur. Müəllimi əlavə dərs saatları ilə ödənişsiz işlətmək qanunsuzdur. Şagirdi məcburi şəkildə dərsdən əlavə məktəbə gətirmək qanunsuzdur. Xəstə uşağa və valideynə təzyiq göstərmək zorakılıqdır və qanunsuzdur. Bütün şagirdlərə məcburi kitab aldırmaq qanunsuzdur. Pulsuz yay və qış məktəblərində müəllimi işlətmək istismardır və qanunsuzdur. Nazirliyin təsdiq etmədiyi kitaba proqram yazıb tələb etmək qanunsuzdur. Bu saxta oyuna qoşulmayanları hədələmək isə artıq açıq hüquq pozuntusudur.
İndi sual açıq qalır: bu ixtiyarı Regionallara kim verib? Hansı sənəd, hansı qərar onlara təhsili monitorinq nəticəsinə qurban vermək haqqı tanıyıb? Təhsil uşağın inkişafı üçündür, hesabatın parlaması üçün yox. Müəllim nəticə istehsal edən mexanizm deyil, ödənişsiz işçi də deyil. Uşaq isə bal gətirməli obyekt yox, hüquqları olan bir şəxsdir.

Monitorinq naminə bu qədər qanunsuzluq edərək biz təhsili xilas etmirik, onu səssiz-səssiz məhv edirik. Ən təhlükəlisi isə budur ki, bütün bunlar “normal” kimi təqdim olunur. Normal deyil. Və susmaq bu qanunsuzluğun davamına şərik olmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər