Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Təhsildə məcburiyyət, yoxsa biznes?

Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin qanunsuz addımlarına kim “yaşıl işıq” yandırıb?
Təhsil sistemində son illər “keyfiyyət”, “şəffaflıq”, “şagirdyönümlülük” kimi anlayışlar tez-tez səslənsə də, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə və Goranboy rayonlarında həyata keçirdiyi son addımlar bu şüarların kağız üzərində qaldığını açıq şəkildə göstərir.

Məsələ ondan ibarətdir ki, ibtidai siniflərin monitorinqə hazırlanması adı altında İZƏ nəşriyyata məxsus, Əfsanə Ağayevanın müəllifi olduğu əlavə vəsait nəşr etdirilmiş və bu kitabın bütün şagirdlərə və müəllimlərə məcburi satışı təşkil olunmuşdur.

Kitabın qiyməti az deyil – 8 manat 50 qəpik. tehsilmedia.info bildirir ki, daha da acınacaqlısı odur ki, bununla kifayətlənməyərək, həmin kitabdan dərsdənkənar əlavə 1 saatın keçirilməsi də məcburi qaydada tələb olunur.

Sual açıqdır: hansı qanunla?

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu açıq şəkildə deyir:

Dövlət məktəblərində təhsil pulsuzdur;
Tədris planına daxil olmayan əlavə vəsaitlərin məcburi tətbiqi yolverilməzdir;
Valideyn və şagirdlərdən hər hansı formada məcburi ödəniş tələb etmək qadağandır.

Bəs onda sual yaranır:

Bu kitab hansı hüquqi əsasla məcburi satılır?

Kim qərar verib ki, dövlət məktəbində bir müəllifin, bir nəşriyyatın kitabı alternativsiz şəkildə şagirdlərə sırınsın?

Kim regional idarəyə Təhsil Qanununu açıq-aşkar tapdalamaq səlahiyyəti verib?

Monitorinq adı altında kommersiya marağı
Ortada çox təhlükəli bir tendensiya formalaşıb:
Regional Təhsil İdarəsi bir tərəfdən valideynlərin cibinə girir, digər tərəfdən isə yüksək monitorinq nəticələri əldə etməklə əlavə “uğur hesabatları” və gələcək dividendlər üçün zəmin yaradır.

Belə çıxır ki:
valideyn → məcburi pul ödəyir;
müəllim → əlavə saat işləməyə məcbur edilir;
şagird → artıq yüklənir;
regional idarə → həm “yüksək nəticə”, həm də qeyri-rəsmi iqtisadi qazanc əldə edir.
Bu artıq təhsil deyil, idarə olunan biznes modelidir.
Müəllim də, valideyn də məcbur edilir

Ən narahatedici məqam isə müəllimlərin vəziyyətidir. Müəllimlər bu vəsaitdən istifadə etmədikdə:
“monitorinqdə geri qalmaqda”,
“əmrlərə tabe olmamaqda”,
“problemlər yaratmaqda” ittiham edilirlər.

Bu, açıq-aşkar inzibati təzyiqdir və pedaqoji müstəqilliyin məhv edilməsidir.

Dövlət siyasətinə açıq hörmətsizlik
Bu cür addımlar təkcə valideynə və müəllimə yox, birbaşa dövlətin təhsil siyasətinə qarşı çıxmaqdır

Suallar çoxdur və cavab gözləyir:

Bu kitabın seçimi hansı meyarla aparılıb?
Alternativ niyə yoxdur?
Bu satışdan əldə olunan vəsait hara gedir?
Regional Təhsil İdarəsinin bu prosesdə rolu nədir?
Elm və Təhsil Nazirliyi bu özbaşınalıqdan xəbərdardırmı?

Əgər xəbərdardırsa və susursa – bu, artıq daha ciddi problemdir.
Əgər xəbərsizdirsə – deməli, regional idarələr özlərini nazirlikdən də yuxarıda görəcək qədər arxayın hiss edirlər.

Tehsilmedia.az bildirir ki, təhsil şəxsi maraqlara qurban verilməməlidir
Təhsil sistemi nə şəxsi ambisiyaların, nə də kommersiya maraqlarının aləti ola bilməz. Monitorinq nəticəsi uğrunda qanun pozmaq, valideyni sıxmaq, müəllimi susdurmaq və şagirdi yormaq – bu yolun sonu uçurumdur.

Bu məsələ ictimai nəzarətə çıxarılmalı, hüquqi qiymət verilməli və cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır. Əks halda, sabah eyni “məcburi kitab” başqa adla, başqa qiymətlə, başqa rayonlarda qarşımıza çıxacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər