Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

"Bu problemlər həll edilmədən universitetlərimizin reytinqdə “irəliləməsi” ölkəyə heç nə qazandırmır..."

“Azərbaycan universitetlərinin bu reytinqdə yüksək mövqedə görünməsi sevindiricidir. Lakin paradoks ondadır ki, ölkənin son 30 ildəki elmi-maliyyə reallıqları bu nəticələrlə tam ziddiyyət təşkil edir...”

Aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti dosent İlham Əhmədovun “Universitetlərimizin elmi reytinqləri: reallıq, paradokslar və sistem problemləri…” başlıqlı növbəti analitik yazısını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:“Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı “Interdisciplinary Science Rankings 2026” nəticələrini açıqlayıb. Reytinqdə 97 ölkədən 911 ali məktəb yer alıb. Azərbaycanın 13 universiteti reytinq cədvəlinə düşüb ki, onların dördü əsas siyahıda, doqquzu isə “reportyor” statusundadır.

Azərbaycanın ilk 1000-likdəki göstəriciləri belədir:
1. ADİU — 351–400
2. BDU — 401–500
3. ADNSU — 601–800
4. ATU — 800+
Reytinqin məqsədi universitetlərin fənlərarası (interdisiplinar) elmə verdiyi real töhfəni ölçmək, eləcə də elmi mükəmməlliyi və sahələrarası əməkdaşlığı qiymətləndirməkdir. Qiymətləndirmə üç əsas istiqamət üzrə aparılıb:
1. Resurslar (Maliyyələşdirmə və İnvestisiya Potensialı)
Universitetin elmi tədqiqatlara ayırdığı maliyyə, dövlət qrantları, laboratoriya imkanları, əməkdaşlıq infrastrukturu.
2. Proseslər (İnzibati dəstək, tədqiqat mühiti, yüksəliş imkanları)
Elmi fəaliyyətin təşkili, tədqiqatçıların inkişafı, idarəetmə mexanizmləri, fənlərarası layihələrin stimullaşdırılması.
3. Nəticələr (Nəşrlər, sitatlar, keyfiyyət, reputasiya)
Qlobal elmi bazalarda görünürlük(görünmə dərəcəsi-red.), tədqiqatların keyfiyyəti, komanda elmi məhsuldarlığı, beynəlxalq nüfuz.

Reytinqin ironiyası və Azərbaycan reallığı

Azərbaycan universitetlərinin bu reytinqdə yüksək mövqedə görünməsi sevindiricidir. Lakin paradoks ondadır ki, ölkənin son 30 ildəki elmi-maliyyə reallıqları bu nəticələrlə tam ziddiyyət təşkil edir.
Təhsil sistemində maliyyə şəffaflığı olmadığına görə köhnə statistikaya müraciət edək. 2000-2015-ci illərdə ölkənin 50 universitetində elmi-tədqiqatlara ildə 2 milyon (yəni, hər univeritetə 40 min manat) pul sərf edilib. Sonrakı illərdə nəyinsə ciddi dəyişməsini ehtimal etmirik, baxmayaraq ki, bu müddətdə təhsilin büdcəsi 5 dəfə artıb. Düzdür, nazir bir dəfə demişdi ki, universitet elminin inkişafına 8 milyon manat ayırmaq haqqında düşünürəm, amma bu düşünmənin finalı bizə bəlli deyil. Əslində, 50 universitet üçün 8 milyon manat da heç nədir, nəzərə alsaq ki, 30 ildə heç nə olmayıb. Müqayisə üçün, Rusiya Federasiyasının əyalət universiteti - Stavrapol Dövlət Aqrar Universitetində elmin inkişafı məqsədi ilə (ölkədəki iqtisadi böhran olmasına rəğmən) hökumət 5 il müddətində 30 milyon dollar (ildə 6 milyon) investisiya edir. Bəs bizim universitetlərimiz bu elmi “nailiyyətləri” hansı resurs, hansı tədqiqat mühiti, hansı investisiyalar əsasında əldə ediblər?

Aşağıdakı müşahidələr bu suallara cavab verir:

1. 30 ildə universitetlər dövlət qrantları almadan elmi fəaliyyət göstəriblər.
Elmi tədqiqatlar üçün sistemli maliyyələşmə olmayıb, institutlar illərlə layihəsiz, qrantsız qalıblar.

2. Universitetlərimizdə müasir elmi laboratoriyalar, avadanlıqlar, elmi infrastrukturlar formalaşmayıb.
Fənlərarası tədqiqat üçün tələb olunan şərait real olaraq mövcud deyil.

3. Ciddi elmi jurnallar, yüksək impakt-faktorlu nəşrlər və akademik reputasiya zəifdir.
Dünya səviyyəli jurnal siyasəti formalaşmadığı halda sitat və nəticə göstəriciləri necə artır?

4. Heç bir ciddi innovasiya, patent, ixtira və elmi nəticələrin kommersiyalaşdırılma nümunəsi yoxdur.
Universitetlər elmi nəticələrdən gəlir əldə etmir; elm–sənaye əməkdaşlığı zəifdir.

5. Ölkədə 30 ildə heç bir “Tədqiqat Universiteti” modeli formalaşmayıb.
Bu status verilmədiyi kimi, reallıqda belə bir universitet fəaliyyəti də yoxdur.

6. Beynəlxalq səviyyəli müştərək tədqiqatların sayı minimumdur.
Qlobal elmi şəbəkəyə real inteqrasiya baş verməyib.
Əgər bütün bunlar yoxdursa — reytinqdəki sıçrayış bəs nədir?ETN ucuz PR layihələri ilə deyil, Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışında göstərilən strateji xəritə ilə işləməlidir. Prezident öz məruzəsində açıq şəkildə bildirilib ki, ölkə iqtisadiyyatı innovasiyalı inkişafa keçməlidir, elm real məhsul verməlidir, universitetlərin tədqiqat missiyası gücləndirilməlidir, fundamental və tətbiqi elm inteqrasiya etməlidir, dövlət qurumlarından elmi tədqiqatlara sifarişlər alınmalıdır. Amma ETN nəinki sifariş ala bilmir, öz fəaliyyət seqmenti üçün zəruri təhsil tədqiqatlarını belə universitetlərə sifariş etmir, maliyyələşdirmir. Sifarişsiz, maliyyəsoiz bir şəraitdə, pedaqiji profilli universitetlərdə elm necə inkişaf edə bilər?

Elmi sistem dəyişmədən reytinq dəyişməsi boş xülyadır. Elmi sistemi isə elm adamları dəyişə bilər.

Azərbaycan elmi bu illər ərzində sistem xarakterli problemlərlə üzləşib:

maliyyələşmənin olmaması, tədqiqat mədəniyyətinin zəifliyi, akademik reputasiya institutunun çökməsi, laborator baza çatışmazlığı, innovasiyaların, elm–sənaye əlaqələrinin yoxluğu.

Bu problemlər həll edilmədən universitetlərimizin reytinqdə “irəliləməsi” ölkəyə heç nə qazandırmır. Əksinə, gerçək problemlərin üzərini örtüb, yanlış təsəvvür yaradır..."

Oxşar xəbərlər

Bütün xəbərlər