Xəbər lentiwidget-title-icon

Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb

Elektron jurnallar müəllimlərin işinə necə təsir edir?



Son illərdə təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində ən diqqətçəkən yeniliklərdən biri məktəblərdə elektron jurnala keçid olmuşdur. Ənənəvi kağız jurnalların yerini alan bu sistem həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün daha çevik, şəffaf və səmərəli idarəetmə imkanı yaradır. Elektron jurnal vasitəsilə qiymətlərin, davamiyyətin və dərs planlarının onlayn şəkildə izlənməsi təhsildə hesabatlılığı və operativliyi artırır.

Bununla belə, bu yeniliyin tədris prosesinə, müəllimlərin iş yükünə və ümumilikdə tədris keyfiyyətinə necə təsir etdiyi barədə müxtəlif fikirlər mövcuddur. Məsələn, bəziləri elektron jurnalın vaxt itkisini azaltdığını düşünür, digərləri isə texnoloji problemlərin və əlavə məsuliyyətin müəyyən çətinliklər yaratdığını qeyd edirlər.

AzEdu.az Təhsil Portalı sözügedən mövzu ilə bağlı müəllimlərin təəssüratlarını alıb.

Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Örnək müəllim" Fəridə Balayeva qeyd edib ki, elektron jurnal dərs prosesinin keyfiyyətini ümumilikdə yüksəldir:"Ümumilikdə elektron jurnala keçidi müsbət qiymətləndirirəm. Bu yenilik təhsil sistemində şəffaflığı, operativliyi və məsuliyyət hissini artıran mühüm addımdır. Kağız üzərində aparılan qeydiyyatla müqayisədə elektron jurnal həm vaxt baxımından səmərəlidir, həm də məlumatların qorunması və ötürülməsi baxımından daha etibarlıdır. Müəllimlər, şagirdlər və valideynlər arasında informasiyanın real vaxtda paylaşılması tədris prosesinin keyfiyyətinə birbaşa müsbət təsir göstərir.

Müəllimlər üçün planlaşdırma və qiymətləndirmə prosesini daha sistemli şəkildə aparmaq imkanı yaradır. Qiymətlərin və davamiyyətin daim görünür olması şagirdlərdə məsuliyyət hissini gücləndirir, valideynlərin isə övladlarının nəticələrini izləməsini asanlaşdırır. Bununla belə, internet bağlantısı zəif olan məktəblərdə və ya texnoloji bacarıqları zəif olan müəllimlər üçün sistemin istifadəsi bəzən çətinlik yarada bilər. Amma ümumi təsiri tədris keyfiyyətinin yüksəlməsi istiqamətindədir.

Elektron jurnal müəllimlərin işini əsasən asanlaşdırır, lakin müəyyən hallarda əlavə çətinliklər də yarada bilər. Müsbət tərəfi ondadır ki, artıq qiymətlərin hesablanması, hesabatların hazırlanması və tədris planlarının tənzimlənməsi avtomatlaşdırılıb. Bu, müəllimin vaxtına qənaət edir və işin dəqiqliyini artırır.

Lakin sistem bəzən texniki problemlər, internet kəsintiləri və ya sistemin yüklənməsi kimi səbəblərlə ləngiyə bilər. Bundan başqa, eyni məlumatları həm elektron, həm də kağız formada aparmaq tələbi olduqda, bu, müəllimlər üçün əlavə iş yükü yaradır.

Elektron jurnal validey-müəllim-şagird əlaqəsini xeyli gücləndirib

"Valideynlər artıq övladlarının qiymətlərini, davamiyyətini və müəllim qeydlərini istənilən vaxt onlayn izləyə bilirlər. Bu, valideynlərin tədris prosesinə daha aktiv qoşulmasına şərait yaradır. Şagirdlər də qiymətlərin dərhal görünməsi sayəsində məsuliyyətli davranmağa çalışırlar. Əvvəllər müəllimlə valideyn arasında ünsiyyət yalnız görüşlər zamanı mümkün idisə, indi bu əlaqə davamlı və şəffaf xarakter daşıyır.Sistemə daxil olmaqda gecikmələr, serverin yüklənməsi və internetin zəifliyi. Bəzən də yazdıqlarımız silinir. Yenidən eyni yazını yazmalı oluruq.

Mənim üçün elektron jurnalın ən mənfi cəhəti ilk növbədə internet bağlantısına tam asılı olmasıdır. Bəzən məktəbdə internetin olmaması səbəbindən sistemə daxil olmaq və işləmək mümkün olmur.
Digər mənfi cəhət isə sistemin tez-tez donması və yazılan məlumatların silinməsidir. Məsələn, keçən həftə daxil etdiyim summativ qiymətləndirmələr bu həftə sistemdən silinmişdi. Nəticədə, həmin məlumatları yenidən yazmaq məcburiyyətində qaldım ki, bu da əlavə vaxt itkisinə səbəb olur".

Yasamal rayonu 308 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi və direktor həvaləsi, "Örnək müəllim" Nigar Osmanlının sözlərinə görə, şagirdlərin irəliləyişini izləmək asanlaşıb:"Elektron jurnala keçidi ümumilikdə müsbət qiymətləndirirəm. Onun tətbiqi dərs prosesinin daha nizamlı və şəffaf aparılmasına imkan yaradır. Elektron jurnal şagird nailiyyətlərini və davamiyyətini izləməyi asanlaşdırır. Müəllimlər üçün hesabatlılığı artırır, lakin bəzi texniki problemlər əlavə vaxt itkisinə səbəb olur. Valideynlərlə əlaqə daha operativ və şəffafdır.

Şagirdlərin irəliləyişini izləmək asanlaşıb. Bəzi hallarda internetin zəifliyi və sistemin yavaşlaması işin gedişinə mane olur. Elektron jurnalda qiymətlərin, mövzuların və davamiyyətin dərhal görünməsi təhsildə şəffaflığı təmin edir. Ən çox qarşılaşılan problemlər texniki nasazlıqlar, internet bağlantısı, məlumatların gec yenilənməsi və bəzən sistemə girişdə çətinliklərdir".

Ağsu rayonu Sarvan kənd orta məktəbin İbtidai sinif müəllimi, "İlin gənc müəllimi" Fatimə Hüseynova söyləyib ki, İT bacarıqları aşağı olan müəllimlər üçün bir qədər çətinlik yarada bilər:

"Elektron jurnala keçidi ümumilikdə müsbət dəyərləndirirəm. Bu sistemin dərs keyfiyyətinə təsiri ondan ibarət olacaq ki, müəllimlər artıq ənənəvi jurnalın doldurulmasına vaxt sərf etməyəcək və dərs prosesinə daha çox diqqət ayıra biləcəklər.

Mənim fikrimcə, elektron jurnal müəllimlərin işini asanlaşdırır, çünki həm vaxt itkisinin qarşısını alır, həm də mümkün yazı səhvlərinin yaratdığı estetik uyğunsuzluqları aradan qaldırır.Elektron jurnalın valideyn–şagird–müəllim münasibətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm. Lakin fikrimcə, İT bacarıqları aşağı olan müəllimlər üçün çətinlik yarada bilər".

Oxşar xəbərlər


Bütün xəbərlər

Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!