Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Adəm İsmayıl Bakuvi: “Azərbaycan–Özbəkistan əlaqələri regional koordinasiya mexanizmlərindən biri olaraq müstəsna əhəmiyyət kəsb edən amil kimi çıxış edir”

“Azərbaycan–Özbəkistan münasibətlərinin 30 illik tarixini və xüsusilə də iki qardaş ölkə arasındakı əlaqələrin bu günkü səviyyəsini sadəcə diplomatik çərçivədə qiymətləndirmək mümkün deyil. Bu münasibətləri düzgün dəyərləndirmək üçün xalqlarımızı birləşdirən ortaq etnik köklər, dərin mənəvi dəyərlər, tarix və mədəniyyət nəzərə alınmalıdır. Məhz bütün bu amillər səbəbindən ölkələrimiz arasında əlaqələr müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistanın UzA Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələ barədə danışarkən xüsusi olaraq belə bir məqamı da qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin ən ali səviyyəyə yüksəlməsini təmin edən mühüm amillərdən biri də liderlər arasındakı şəxsi etimaddır. Bu, siyasi kursun davamlılığını təmin edən mühüm amildir və təsadüfi deyil ki, son bir il yarımda Özbəkistan Prezidentinin Azərbaycana beş dəfə səfər etməsi məhz bu şəxsi dostluğun və qarşılıqlı hörmətin təzahürüdür. Dövlət başçısının vurğuladığı kimi, imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” və digərləri əlaqələrin sistemli və uzunmüddətli inkişaf strategiyasını formalaşdırır. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsi, xüsusilə Füzulidə Uluqbəy adına məktəbin tikintisi isə bu qardaşlığın ən parlaq nümunələrindəndir. Cənab Prezidentin sözlərindən belə anlaşılır ki, bu münasibətlər artıq sırf dövlətlərarası deyil, xalqların bir-birinə güvən və sədaqət üzərində qurulan unikal əməkdaşlıq modelinə çevrilib. Məhz buna görə ölkə başçısı Özbəkistanda gedən sürətli inkişafı dost ölkənin uğuru kimi qiymətləndirir və bunun Prezident Mirziyoyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulayır.” Bu barədə aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.
Daha sonra partiya sədri Azərbaycan–Özbəkistan əlaqələrinin artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Öz müsahibəsində dövlətimizin başçısı Azərbaycan–Özbəkistan əməkdaşlığının bütün istiqamətlər üzrə davamlı yüksəlişdə olduğunu göstərir. Regional proseslər fonunda Mərkəzi Asiya ölkələri ilə artan siyasi dialoq, sıx qarşılıqlı səfərlər və Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır. Cənab Prezident iqtisadi sahədə ticarət dövriyyəsinin rekord səviyyədə artmasını, həyata keçirilən irimiqyaslı investisiya layihələrini əlaqələrin real iqtisadi təmələ söykəndiyini sübut edən amillər kimi təqdim edir. Nəqliyyat və logistika sahəsində Azərbaycanın müasir limanlar, genişlənən ticarət donanması və beynəlxalq hava limanları ilə bölgədə əsas tranzit mərkəzinə çevrilməsi, energetika sahəsində isə yaşıl enerji üzrə üçtərəfli əməkdaşlıq yeni perspektivlər yaradır. Humanitar və mədəni sahələrdə keçirilən qarşılıqlı günlər, qardaşlaşmış şəhərlər, media forumları, eləcə də U-20 dünya çempionatının birgə təşkili xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilib və bu model gələcək onilliklər üçün sarsılmaz strateji təməllərə malikdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini başa çatdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər