Xəbər lentiwidget-title-icon

SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ

Ali təhsil almaq istəyən müəllimlərə şərait yaradılsın - TƏKLİF

Son illərdə ölkə təhsilində aparılan islahatlar inkişaf meyllərini daha da gücləndirsə də, bəzi məsələlər tələbə olmaq istəyənlər arasında narazılıq doğurur. Şikayətlərin əsas səbəblərindən biri isə subbakalavrların ali məktəblərə qəbul qaydalarıdır.

Müəllimlər bildirirlər ki, subbakalavrların əksəriyyəti yalnız əyani formada təhsil alma imkanı əldə edir. Bu isə işləyənlər - xüsusən də orta məktəblərdə pedaqoji fəaliyyət göstərənlər üçün ciddi problem yaradır.

Məsələ ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov AzEdu.az-a danışıb.

Subbakalavrların ali təhsilində onlayn tədris çıxış yolu sayıla bilər.

"Ölkə təhsilində inkişaf meyilləri ildən-ilə daha da artır. Dünyaya inteqrasiya etmək baxımından müxtəlif layihələr icra olunur. Bütün bunların fonunda bəzi çatışmazlıqlar yaşanır ki, əslində həlli çox da çətin görünmür və təhsilimizin inkişafında bəzi məqamlarda bir maneə kimi meydana çıxır. Mən belə məsələlərdən birinə diqqət çəkəcəm: subbakalavrların ali məktəbə qəbul olması və təhsil alması...

Subbakalavrların ali məktəblərə qəbul olunması mütərəqqi addımdır. Düşünürəm, bundan faydalanan bir qrup insan da var. Lakin bu işdə bir məsələ var ki, əngəl kimi meydana çıxır. Belə ki, subbakalavrların əksəriyyəti ali məktəblərə əyani formada qəbul olunur. Bu isə xüsusilə orta məktəblərdə və digər peşələrdə çalışan insanlar üçün çətinlik yaradır.

Məktəbimizin müəllimlərindən biri subbakalavrlar kimi ali məktəbə qəbul olsa da, təəssüf ki, işlədiyi məktəblə qəbul olduğu universitet müəyyən məsafə olduğu üçün müvəqqəti təhsilini dayandırmalı olub. Halbuki həmin müəllim həm Müəllimlərin İşə Qəbulu, həm Diaqnostik Qiymətləndirmə imtahanında kifayət qədər yüksək bal yığıb, hətta sertifikasiya balı Füzuli rayonu üzrə 1-ci yerdədir. Deməli, müəllim ixtisasını yetəri qədər yaxşı bilir. Belə nümunələr kifayət qədərdir. Niyə də belə müəllimlərin təhsili ali olmasın?

Belə olan halda digər bir sual ortaya çıxır: Təhsil Qanununda əks olunan onlayn təhsilalma formasını tətbiq etməyin zamanı deyilmi? Bu qanunun tətbiqi ilə təhsil və digər sahələrdə müəyyən dəyişikliklər yaranmazmı?

Nəzərə alsaq ki, ölkəmizin ciddi təhsil əlaqələri olan Avropa ölkələrində, eləcə də Finlandiya və Estoniya kimi ölkələrdə müəllimlərin inkişafı ayrıca diqqət mərkəzində saxlanılır. Müəllimlərin hətta magistr təhsili almasına da şərait yaradılır. Biz də ən azından bunu subbakalavrların ali təhsil alması istiqamətində edə bilərik. Düşünürəm ki, gecikməyin heç də faydası yoxdur!".

Oxşar xəbərlər

Bütün xəbərlər