10-cu sinif şagirdi dəm qazından boğularaq ölüb

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi vəfat edib.
tehsilmedia.info xəbər verir ki, bu barədə təhsil müəssisəsi məlumat yayıb.
Məlumata görə, məktəbin X sinfində təhsil alan 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova dünyasını dəyişib.
C.Rəhimovanın mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzildə dəm qazından boğularaq öldüyü bildirilir.



























