Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?

İxtisas seçimi gəncin gələcək həyatını və karyerasını müəyyən edən ən vacib mərhələlərdən biridir. Bu proses təkcə abituriyentin deyil, həm də valideyn və mütəxəssislərin birgə iştirakı ilə düzgün şəkildə aparılmalıdır. Bəzən deyilir ki, ixtisas seçmək, əslində həyat seçməkdir.

İxtisas seçimin düzgün aparılması üçün gənclərə hansı istiqamətlərdə tövsiyələr vermək olar?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad danışıb.

O qeyd edib ki, “yox, sən bu sahəyə getməyəcəksən”, deyə abituriyenti istədiyi ixtisasdan məcburiyyət və təzyiqlə döndərmək yanlışdır.

"İxtisas seçimi bir abituriyentin həyatının gələcəyini, taleyini müəyyənləşdirən ən vacib faktorlardan biridir.
Tam olaraq həyatı əhatə etmir, amma həyatın önəmli bir hissəsini, təxminən üçdə iki hissəsini ifadə edir. Bu o deməkdir ki, ixtisas seçimi ərəfəsində abituriyentin ilkin fikirlərini nəzərə almaq lazımdır. Əvvəldə mütləq şəkildə bir konsultasiya keçirilməlidir ki, sən nə olmaq istəyirsən, sənin fikrin və məqsədin nədir?
Gələcəkdə özünü hansı ixtisasda görürsən? Bu ixtisaslardan hansının sənə daha uyğun olduğunu düşünürsən? və s".

Həm valideyn, həm də abituriyent ixtisasların gələcək perspektivləri, əmək bazarındakı yeri haqqında dolğun şəkildə məlumatlandırılmalıdır

"İlkin mərhələdə abituriyentin fikirləri öyrənildikdən sonra, növbəti mərhələdə valideynin baxış bucağına da yer verilməlidir. Onun övladı üçün hansı peşəni arzuladığını müəyyənləşdirmək vacibdir. Ən ideal hal odur ki, abituriyentin və valideynin fikirləri bir-birini tamamlasın. Lakin çox zaman bu iki tərəfin baxışları tamamilə fərqli olur. Bu isə ixtisas seçimi prosesində valideyn-övlad münasibətlərində ciddi fikir ayrılığına və anlaşılmazlıqlara səbəb olur ki, bu da ən böyük problemlərdən biridir.

Valideynlər övladlarının fikirlərinə diqqətlə yanaşmalı, onları dinləməyə hazır olmalıdırlar. Yekun mərhələdə həm valideyn, həm də seçim prosesində iştirak edən mütəxəssis müxtəlif ixtisaslar haqqında geniş və aydın məlumat təqdim etməlidir. Abituriyent və valideyn əmək bazarının tələbləri, seçilən ixtisasın gələcək perspektivləri və real imkanları barədə dolğun şəkildə məlumatlandırılmalıdır.

Abituriyent seçilən ixtisasda ürəklə təhsil almadığı üçün isə gələcəkdə həmin sahədə işləyə və inkişaf edə bilməyəcək"Məlumatlandırma mərhələsi başa çatdıqdan sonra ixtisas seçimi prosesinə start verilməlidir. Bu zaman abituriyentin düşüncələrində daha aydın və qəti mövqe formalaşa bilər. Əgər o, elə bir ixtisas seçərsə ki, həm valideyn, həm də mütəxəssis həmin sahənin əmək bazarında perspektivsiz olduğunu görür, burada qətiyyən təzyiqə yol verilməməlidir. Yəni, “sən bu sahəyə getməyəcəksən” deməkdənsə, gənci maarifləndirmə yolu ilə düzgün istiqamətə yönləndirmək daha doğrudur.

Çünki təzyiqlə edilən seçim, hətta ixtisas abituriyentə uyğun olsa belə, onu ürəklə oxumağa mane olacaq. Bu isə gələcəkdə həmin sahədə işləmək və inkişaf etmək imkanlarını azaldır.

Bundan əlavə, bəzi valideynlərin də ixtisaslar barədə yetərincə məlumata malik olmamaları problemi dərinləşdirir. Onlar daha çox tanınmış və ənənəvi peşələr – həkim, iqtisadçı, maliyyəçi kimi sahələri üstün tutaraq, övladlarını bu istiqamətlərə yönəltməyə çalışırlar. Halbuki hər bir abituriyentin fərdi bacarıq və maraqları nəzərə alınmalıdır.

İxtisas seçimi həm abituriyentin həyatı, həm də ölkənin gələcəyi üçün son dərəcə vacib bir faktordur

"Halbuki bu düzgün yanaşma deyil. Məsələn, əgər abituriyentin potensialı müəllimlikdirsə onu zorla maliyyəyə yönəltmək mənasızdır. Və yaxud əgər abituriyentin idarəçilik qabiliyyəti güclüdürsə, onu aparıb bank işçisi və ya həkim etmək doğru olmaz. Belə bir abituriyent daha çox biznesin idarə olunması, dövlət və ya özəl sektor menecmenti kimi sahələrə yönləndirilməlidir.

Ona görə də düşünürəm ki, ixtisas seçimi həm abituriyentin həyatı, həm də ölkənin gələcəyi üçün son dərəcə vacib bir faktordur. Abituriyent sevdiyi və özünə uyğun bildiyi bir ixtisası seçərsə, gələcəkdə bu sahədə daha sürətli inkişaf edə bilər. Bu isə həm abituriyentin şəxsi uğuru, həm də ölkənin əmək bazarı üçün ciddi bir üstünlük yaratmış olacaq".

Oxşar xəbərlər

Bütün xəbərlər