Xəbər lentiwidget-title-icon

Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər

İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

NEQSOL Holding-in tərkibinə daxil olan NEQSOL Academy, Təhsilin İnkişafı Fondu və Technology SNI tərəfdaşlığı ilə yaradılan Peerstack Academy-nin rəsmi açılış tədbiri həyata keçirilib.

AzEdu.az xəbər verir ki, Peerstack Academy Azərbaycanda informasiya texnologiyaları sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üçün ABŞ-da yerləşən tanınmış texnologiya təhsili təminatçısı olan Qwasar Silicon Valley ilə tərəfdaşlıq edərək onların təhsil proqramlarını təqdim edir. Akademiya Azərbaycan Texniki Universitetinin ərazisində bu məqsədlə yaradılmış müasir tədris məkanında fəaliyyət göstərir.

Akademiyada beynəlxalq standartlara əsaslanan, layihə yönümlü və praktiki biliklərə üstünlük verən intensiv full-stack proqramlaşdırma təlimi keçirilir. Proqram Qwasar Silicon Valley-nin metodologiyasına uyğun hazırlanıb və real iş proseslərini əks etdirir. Təlim çərçivəsində tələbələr Ruby, javascript, React, PostgreSQL və REST API kimi texnologiyalar üzrə təcrübə qazanır və iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Tələbələr üçün təhsil haqqının 70% hissəsini NEQSOL Holding qarşılayır. Bu dəstək proqramın daha çox insanlar üçün əlçatan olmasını təmin etməklə yanaşı, ölkədə texnologiya sahəsinin inkişafına da töhfə verir. 2024-cü ildə başlayan seçim mərhələsi nəticəsində seçilmiş tələbələr artıq təhsillərinə başlayıb.

Tədbirdə Peerstack Academy-nin Direktoru Camal Rzayev, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, NEQSOL Holding Azərbaycan ofisinin Rəhbəri İmran Əhmədzadə, NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov və Qwasar Silicon Valley-nin Baş İcraçı Direktoru Kwame Yamgnane çıxış ediblər“Peerstack Academy rəqəmsal gələcəyə yönəlmiş uzunmüddətli sərmayədir və regionda innovasiya, təhsil və insan kapitalının inkişafını dəstəkləyən geniş strategiyamızın bir hissəsidir. Gənc istedadları qlobal səviyyəli təhsil və qabaqcıl təcrübələri ilə bir araya gətirməklə, biz bu sahədə yeni nəsil mühəndislərin, peşəkarların və sahibkarların yetişməsi üçün möhkəm təməl qururuq,” – deyə, NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.

“Təhsilin İnkişafı Fondu olaraq inanırıq ki, innovativ və keyfiyyətli təhsilə yatırım ölkəmizin inkişafının təməlidir. Peerstack Academy güclü tərəfdaşlığın qlobal səviyyəli bacarıqların daha geniş təbəqə üçün əlçatan olmasına və gələcəyin peşəkar kadr bazasının formalaşmasına töhfəsinin bariz nümunəsidir,” – Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib.

Tədbirdə çıxış edənlər Peerstack Academy təhsil ilə əmək bazarının tələblərini birləşdirən strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qeyd ediblər. Müasir tədris məkanında yaradılan şərait və təqdim olunan imkanlar, Qwasar-ın qabaqcıl tədris yanaşması və proqramları xüsusi vurğulanıb.

NEQSOL Holding-in nümayəndələri ölkədə ixtisaslı İT mütəxəssislərinə artan ehtiyacı və tələb-təklif arasında fərqi, Peerstack Academy-nin bu ehtiyacı qarşılamaq məqsədilə yaradılmasını və məzunların gələcəkdə Holdinqin şirkətlərində də işləmə imkanlarını qeyd ediblər.

Peerstack Academy və təqdim etdiyi proqramlar haqqında daha ətraflı məlumat və müraciət üçün:

peerstack.tech
Facebook: facebook.com/peerstack.tech
Instagram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy

Oxşar xəbərlər

Bütün xəbərlər