Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Məktəblər publik şəxsə çevriləndə nələr baş verəcək?..

Məktəblər publik şəxsə çevriləndə nələr baş verəcək?..

Azərbaycanda məktəblərin publik hüquqi şəxə çevrilməsi prosesinə başlanılacaq. Məsələ ilə bağlı açıqlamanı elm və təhsil naziri Emin Əmrullayev verib.

O deyib ki, hazırda məktəblər Regional Təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir: "Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir".

Nazirin sözlərinə görə, sözügedən məsələ pilot qaydada həyata keçiriləcək.

Qeyd edək ki, prosesin başlanğıcı 2024-cü ilin iyun ayında qoyulub. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Təhsil eksperti Rizvan Fikrətoğlu Modern.az-a deyib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Nümunəvi Nizamnamə"yə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

"Bu o deməkdir ki, məktəblər dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alacaq. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq. Onlar publik hüquqi şəxs kimi dərnəklər, məşğələlər təşkil edə, innovativ fəaliyyətlə, sahibkarlıq işi ilə məşğul olmaq imkanları əldə edə bilərlər”.

Ekspert bildirib ki, məktəblərin publik hüquqi şəxə çevrilməsi onlar arasında rəqabəti artıra bilər:

“Məktəblər büdcələrini idarə etmək və daha yaxşı nəticələr əldə etmək üçün yeniliklər tətbiq edə bilərlər. Həm də işçi heyəti zamanın innovativ tələblərinə uyğunlaşa biləcək. Ancaq digər tərəfdən bu rəqabətə başlamaq üçün məktəblərin bərabər şəraitdə olmasına və əhəmiyyətli maliyyə resurslarına sahib olmalarına ehtiyac duyulacaq. Əks halda, zəif maliyyələşən məktəblər rəqabətə girə bilməyəcəklər və bu, təhsilin keyfiyyətini birbaşa təsir edəcək. Düşünürəm ki, bu proses heç də tez və asan başa gəlməyəcək. Bu, uzunmüddətli prosesdir, yaxın perspektivdə müsbət nələrsə vəd etmək çətindir. Publikləşmə ilk növbədə, pilot olaraq başladılmalıdır. Uğurlu olarsa, prosesin davamı olmalıdır. Burada müəllimlərin yüksək əmək haqqı vədi də var. Əsas məsələlərdən biri də düzgün sistemin qurulmasıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər