Xəbər lentiwidget-title-icon

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
"Siniflər doludur, müəllimlər isə çatışmır" - Rus bölmələrini nə gözləyir?
Nazirdən mesajlar, "Son zəng" tədbirləri, məktəblərdə qadağalar... -“Həftənin təhsil icmalı”
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək
Tovuzda keçiriləcək qabiliyyət imtahanlarının yeri dəyişdirildi

"316 məktəb bağlanıb, minlərlə şagirdin taleyi hələ tam məlum deyil"



"Təklif mərhələsində olan və 2027-ci ilin sonundan nəzərdə tutulan müəllimlərin 8 saatlıq iş rejminin həyata keçməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Nazirin dediyi kimi, müəllimin əmək haqqı qalxacaqsa, prezidentin sərəncamı olmalıdır. Özü də əmək haqqının iki dəfə qaldırılması ilə bağlı elan verib. Nazir elan edib ki, ştatdankənar müəllimlər sertifikasiyadan azad olunacaq. Bu kimi hallar hazırda qanunvericiliyin tələblərinə zidd olan tələblərdir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin 8 saatlıq iş rejminə keçəcəyindən və təhsil sahəsindənki problemlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, hal-hazırkı vəziyyətdə Azərbaycan təhsilində çox ciddi problemlər var:

"Xüsusilə də ümumi təhsildə, məktəbəqədərdə, təhsilin bütün pillələrində problemlər çoxdur. Təkcə 2025-ci ildə ölkədə 316 məktəb bağlanıb. Minlərlə şagirdin taleyi hələ tam məlum deyil. Cəmi bir həftə bundan öncə məktəblərə jurnallar verilib və müəllimlər gecə-gündüz jurnal yazırlar. Yüzlərlə məktəbimizdə istilik sistemi yoxdur, şəhər və kənd məktəblərində sanitar qovşaqlar bərbad haldadır. Şagirdlər əllərini yumağa su belə tapa bilmirlər, şagirdlərimiz isti gödəkçələrlə siniflərdə otururlar. Elementar texniki problemləri həll edə bilməyən Emin Əmrullayev və onun müxtəlif şirkətlərdən gətirdiyi idarəedici şəxsləri bu məsələni ortaya atmaqla təhsildə real problemləri ört-basdır etmək, mətbuatın və cəmiyyətin diqqətini hələ baş tutacaq, tutmayacaq bilinməyən bir formata yönəldirlər. Mən düşünürəm ki, biz daha çox bu günün reallıqlarını müzakirə etməliyik.Emin Əmrullayevin bu kimi şou xarakterli çıxışlarına öyrəşmişik. İki il bundan qabaq böyük hay-küylə Azərbaycanda "məktəb modeli dəyişir", "publik hüquqi şəxs olan ümumi təhsil məktəbləri yaranır" deyə fikir ortaya atıldı. Hətta 2024-cü ildə publik hüquqi şəxs olan ümumi təhsil məktəbinin nümunəvi nizamnaməsi təsdiq olundu. 16 məktəb üçün elan olundu ki, onlar artıq publik hüquqi şəxslərdir. Məktəb direktorlarını çağırdılar və onlara elan etdilər ki, sizin məktəblər publik hüquqi şəxs olacaq. Həmin publik hüquqi şəxs olan məktəblərlə bağlı heç bir addım atılmadı. Nə o məktəblərin direktorları özləri başa düşürlər ki, publik hüquqi şəxs nədir, nə də yerli idarəetmə orqanları bilirlər ki, publik hüquqi şəxs nədir. Bəli, publik hüquqi şəxs bizdə artıq adambaşına maliyyələşmə sisteminə keçirik. Və publik hüquqi şəxs də yaranır, yeni məktəb modeli gəlir və s. Mətbuatda, cəmiyyətdə çox ciddi müzakirə olundu. Bu gün təhsildə STEAM, rəqəmsal bacarıqlar layihəsi tətbiq olunur. Halbuki bu layihə xarakterli olmamalıdır. Hər bir fənndə, xüsusilə də STEAM-i əhatə edən fənlərdə və yaxud da hər bir fənndə müəllimin rəqəmsal bacarıqları birinci olmalıdır ki, o şagirdə də rəqəmsal bacarıqlar aşılanmalıdır. Halbuki biz milyonlarla pul xərcləyib STEAM mərkəzləri yaradırıq və yaxud da rəqəmsal bacarıqlar fənnini tədris edirik. Ortada nəticə yoxdur".Elşən Qafarov həmçinin vurğuladı ki, məktəblərdə kompüter, internet yoxdur:

"Məktəbin tədrisin keyfiyyətinə birbaşa təsir edən şagird sıxlığı süni surətdə artırılır. Təkcə son iki ildə Azərbaycan məktəblərində 1600 sinif azalıb. Bu 1600 sinif süni şəkildə azalıb. Bəli, əhali sayına görə ildə 5000 nəfər hər il birinci sinifə az uşaq gəlir. Biz bunu bilirik. Amma 1600 sinif, təqribən 32-33 min şagird deməkdir. Yerdə qalan 27-28 min şagird necə olur? Yəni bu qədər şagird hara getdi bəs? Siniflər açılmır, siniflər 30-35 nəfərlə açılır və şagird sıxlığı süni surətdə artırılır, bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. “Tam orta məktəb” layihəsi ortaya atılıb. 1-9-cu sinfin şagirdlərini başqa məktəblərə paylayırlar ki, burada biz “Tam orta məktəb” layihəsini həyata keçiririk. Əgər doğrudan da “Tam orta məktəb” layihəsini həyata keçirmək istəyirsinizsə, yeni məktəblər tikin. Yaxud da məktəblərin ərazisində yeni korpuslar tikin, olsun “Tam orta məktəb” layihəsi. Hazır məktəbləri dağıdırıq və onun şagirdlərini göndəririk başqa məktəblərə, başqa məktəblərdə də yeni siniflər açılmır. Ölkə məktəbləri necə idarə olunur? 4036 məktəbin hər beş məktəbin birində az qala direktor vəzifəsi vakantdır. Məktəbdə psixoloji xidməti yuxarıdan aşağı bilərəkdən məhv etdik, dağıtdıq".Müsahibimiz qeyd etdi ki, psixoloq adı bir texniki işçi səviyyəsinə gətirilib.

"Tərbiyə sistemini tamamilə dağıtmışıq. İki aydır tədris prosesi başlayıb, artıq bizim üç-dörd şagirdimiz məktəbdə bıçaqlanıb. Ayrı-ayrı şagirdlərimizin qeyri-etik videoları yayılmaqda davam edir. Bu, ölkə təhsilinin çox ağır vəziyyətdə olmasını göstərir. İki ildən sonra Nazirlər Kabineti, dövlət başçısı razılıq verərsə, tam ştatlı məktəbə keçidlə bağlı müəyyən hüquqi-normativ sənədlər qəbul olunacaq. Biz də onda biləcəyik ki, həmin hüquqi-normativ sənədlərə uyğun olaraq bu keçid necə olacaq, hansı formada olacaq. Amma bu gün bir nazirin Nazirlər Kabineti ilə razılaşdırmadan, ölkə rəhbərliyi ilə razılaşdırmadan, ölkə əhalisinin, ölkə müəllimlərinin böyük bir hissəsini bu qədər böyük çaşqınlığa salan bir fikir ortaya atması, bu, o nazirin ölkədə süni narazılıq yaratmaq istəyindən başqa bir şey deyil. Düşünürəm ki, artıq cəmiyyət də, mətbuat da Emin Əmrullayevin oyunları ilə oynamamalıyıq, diqqəti daha çox real problemlərə yönəltməliyik".

Oxşar xəbərlər


Bütün xəbərlər

Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE