Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Təhsillə bağlı YENİLİK – Məktəblər özlərini MALİYYƏLƏŞDİRƏCƏKLƏR?

Təhsillə bağlı YENİLİK – Məktəblər özlərini MALİYYƏLƏŞDİRƏCƏKLƏR?

Son günlər orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı müzakirələr gedir. Belə bir addım atılarsa, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabətin gedəcəyini proqnozlaşdıranlar kifayət qədərdir.

Bəs, bu halda məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcəyinə, məktəblərin rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcəyinə təminat varmı?

Suala təhsil üzrə ekspert Nadir İsrafilov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, publik hüquqi şəxs elan olunan hansısa təşkilat və ya təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilməyəcək:

“İstənilən statusda bu kimi müəssisələrin tam “ayaqda duracağı” vaxta qədər dövlət dəstəyinə ehtiyacı zəruridir. 2009 – cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ verilsə də, onların indiyədək bu imkandan istifadə etməyiblər. Bunun əsas səbəbi bələdiyyələrin maddi-texniki bazalarının zəif olması ilə əlaqədar olub.
Yəqin çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada, daha konkret desək, Fransada yaranan publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvələrində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Pribaltika ölkələrində də qəbul olunub və tətbiq edilib.

Yəni, adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək, görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.

Bu mənada atılan belə addımlar təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin – onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar”.“Tələsmək olmaz”

Nadir İsrafilov dövlət və bələdiyyə tərəfindən yaradılan təhsil müəssisələri barədə qərar vermək hələ bir qədər tezdir:

“Təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaratmaq, maraqlı tərəflərin nümayəndələrinin iştirakını təmin etməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasına təkan vermək, idarəetmənin ictimailəşməsi prosesini sürətləndirmək, qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstlik əldə etmək, idarəçiliyinin təkmilləşdirilməsi, rasionallaşdırması və optimallaşdırılmasına xidmət etmək baxımından faydalı olsa da, dövlət və bələdiyyə tərəfindən yaradılan təhsili müəssisələri buna hazır deyil.

Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir.

Hesab etmək olarmı ki, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabət gedəcək, məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcək, rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcək, əlavə gəlir imkanlarını itirmək təhlükəsi ilə üzləşməyəcək?Düşünürəm ki, hər şey rəqabətə davamlılığdan, ona verilən kifayət qədər imtiyazlardan necə səmərəli istifadə edib edə biləcəyindən, daha çox hansı xidmətlər göstərəcəyindən, hansı layihələrə imza ata biləcəyindən asılı olacaq. Publik hüquqi şəxs statusu ali məktəblər üçün məqbul sayılsa da, orta ümumtəhsili məktəbləri üçün müəyyən fəsadlar törədə bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər