Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AzMİU-nun rektoru yüksək nəticə göstərən tələbələrlə görüşüb

AzMİU-nun rektoru yüksək nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək nəticə göstərən və ictimai, sosial fəaliyyətlərdə fərqlənən tələbələrlə görüşüb.

Görüşdə tələbələrin akademik uğurlarına diqqət yetirilib, həmçinin onların universitetin sosial və ictimai həyatına verdikləri töhfələr müzakirə olunub.

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Təşkilatının (THİK) sədri Şahmar Rəfili çıxış edərək tələbə təşkilatlarının ictimai və sosial sferada apardıqları işlərdən, tələbələrin fəaliyyətlərini dəstəkləyən təşəbbüslərdən bəhs edib. O, universitetdəki sosial fəaliyyətlərin artırılması və tələbə təşkilatlarının: THİK, Tələbə Gənclər Təşkilatı (TGT), həmçinin Tələbə Elmi Cəmiyyətinin (TEC) bu sahədəki önəmli rolunu vurğulayıb. Şahmar Rəfili bu cür fəaliyyətlərin tələbələrin inkişafına böyük təsir göstərdiyini və onların cəmiyyətə faydalı və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə imkan yaratdığını bildirib.Tədris işləri üzrə prorektor professor Akif Qasımov çıxış edərək qış imtahan sessiyası ilə bağlı məlumat verib və yüksək nəticə göstərən tələbələrin uğurlarını qeyd edib. Prorektor tələbələrin keyfiyyət göstəricilərinin ildən-ilə artığını və bunun tədrisin təkmilləşdirilməsi ilə əlaqələndiyini qeyd edib. O, universitetdə həyata keçirilən islahatların tədris prosesinə müsbət təsir göstərdiyini, tələbələrin akademik səviyyəsinin hər il yüksəldiyini vurğulayıb. Akif Qasımov AzMİU-nun təhsil mühitində müasir tədris metodlarının tətbiq edildiyini və bu metodların tələbələrin daha yüksək nəticələr əldə etməsinə şərait yaratdığını bildirib.

Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycanın gənclər siyasətinin önəmindən danışıb. O, gənclərin ölkənin inkişafında və gələcəyində mühüm rol oynadığını vurğulayıb və onları ölkənin hərtərəfli inkişafı üçün birləşməyə çağırıb. Rektor gəncləri indi olduğu kimi gələcəkdə də dövlət və cənab Prezidentin ətrafında sıx birləşməyə dəvət edib: "Gənclərin birliyi, həmrəyliyi və gücü Azərbaycanımızın daha da güclənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu birləşmə, eyni zamanda, qlobal miqyasda baş verən geosiyasi və geoiqtisadi proseslər fonunda ölkəmizə qarşı yaranan təhdidlərə qarşı mühüm bir proksi qüvvədir", – deyə professor Gülçöhrə Məmmədova əlavə edib. O, gənclərin həmçinin ölkəmizin gələcək inkişafını daha da sürətləndirmək və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirmək üçün öz bilik və bacarıqlarını ən yaxşı şəkildə tətbiq etməyə çağırıb.Görüşdə iştirak edən tələbələr onların akademik və sosial fəaliyyətlərini yüksək qiymətləndirən və onlara gələcəkdə daha böyük uğurlar arzulayan rəhbərliyə təşəkkür ediblər və gələcəkdə daha da yüksək nəticələr göstərəcəkləri barədə optimist fikirlərini bölüşüblər.

Sonda 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasında əldə etdiyi yüksək nəticələrə, universitetin sosial-ictimai həyatında fəal iştiraka, idman növləri üzrə göstərdiyi yüksək nailiyyətlərə görə bir qrup tələbə diplomlarla mükafatlandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər