Xəbər lentiwidget-title-icon

Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub

NASA-da çalışan azərbaycanlı: Elmi ideyalarım onların diqqətini cəlb etdi

NASA-da çalışan azərbaycanlı: Elmi ideyalarım onların diqqətini cəlb etdi

Elm və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkəmizi beynəlxalq arenada tanıdan bir çox gənc alimlərimiz var. Onlardan biri də hazırda NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (“Jet Propulsion Laboratory” - JPL) postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdur.

AZƏRTAC-a istinadən xəbər veririk ki, ABŞ Dövlət Departamentinin təşkil etdiyi nüfuzlu “Fulbright” təqaüd proqramının qalibi olan Bəhruz Əhədov bilik və təcrübəsi sayəsində beynəlxalq səviyyədə uğur qazanıb. Onun təhsil və elmi fəaliyyət yolu Cəlilabad şəhər 8 saylı məktəb-liseydən başlayıb, Bakı Dövlət Universitetinə, daha sonra isə beynəlxalq səviyyəli elmi təşkilatlara qədər uzanıb.

“Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi elə burada almışam”, - deyən Bəhruz sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə qəbul olaraq Geofizika ixtisasında bakalavr təhsilnə yiyələnib. Təhsil müddətində elmi işlərə olan marağı onu Geologiya və Geofizika İnstitutunda böyük laborant kimi çalışmağa sövq edib. Magistratura təhsilini Bakı Dövlət Universitetində Seysmologiya və seysmometriya üzrə davam etdirərək, tədqiqat işini DAAD proqramı çərçivəsində Almaniya Yer Elmləri Mərkəzində (GFZ) həyata keçirib. O, doktorantura təhsilini Çin Milli Elmlər Akademiyasında tamamlayaraq, Şərqi Aralıq Dənizi və Qafqaz bölgəsində Yer təkinin deformasiyası ilə bağlı araşdırmalar aparıb. Daha sonra Pekin Universitetinin nüfuzlu BOYA postdoktorantura proqramının region üzrə yeganə qalibi olub. Hazırda ABŞ-ın NASA JPL mərkəzində postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərirMüsahibim NASA-da işləmək üçün özünün müraciət etdiyini bildirir. Müraciətinin əsas səbəbi isə Xəzər dənizinin səviyyə dəyişmələrinin ətrafa dinamik təsirləri və Azərbaycanda peyk texnologiyaları vasitəsilə təbii hadisələrin öyrənilməsi sahəsində tədqiqat işləri aparması olub. Bu sahədəki işlərini və əldə etdiyi nəticələri daha da inkişaf etdirmək üçün NASA ilə əməkdaşlıq etməyə qərar verib.

“Müraciətimdən sonra bir neçə ay ərzində NASA JPL ilə danışıqlar və müzakirələr oldu. Mənim tədqiqatlarımın nəticələri, göstəricilərim və gələcək planlarım onların diqqətini cəlb etdi. Bir müddət sonra dəvət məktubu aldım. Məktubda qeyd edilirdi ki, tədqiqat istiqamətlərim və planlarım onların işləri ilə üst-üstə düşür və mənimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Hətta mənə tam təqaüdlü postdoktorantura tədqiqatı təklif edilmişdi. Lakin mən ilk olaraq zaman baxımından “Fulbright” proqramına müraciət etməyə qərar verdim. Çünki NASA-nın təqaüd məsələləri bir qədər uzun zaman tələb edir və bu sahədə rəqabət həqiqətən böyükdür. Adətən, hər bölmə üçün illik olaraq yalnız bir yer ayrılır. Bu proses mənim üçün olduqca maraqlı və dəyərli təcrübə idi. Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq, öz tədqiqatlarımı tanıtmaq və qəbul olunmaq həm şəxsi, həm də tədqiqat baxımından böyük nailiyyət idi” , - deyə Bəhruz Əhədov bilidirir.Hazırda həmyerlimizin əsas tədqiqat sahəsi uzaqdan zondlama texnologiyalarından istifadə edərək, Yer qabığının dinamik proseslərini öyrənməkdir. Xüsusilə, InSAR (Synthetic Aperture Radar Interferometry) texnologiyasından istifadə edərək zəlzələlərin, vulkanların aktivliyi, torpaq sürüşmələri və təbii fəlakətlərin təsirlərini analiz edir: “Hazırda üzərində çalışdığım əsas layihələrdən biri Xəzər dənizinin səviyyə dəyişmələrinin sahil xəttinə və yaxın ərazilərə təsirini araşdırmaqdır. Bu tədqiqat sahəsi yalnız Yer səthindəki dəyişiklikləri deyil, həm də iqlim dəyişikliklərini və insan fəaliyyəti nəticəsində yaranan təsirləri öyrənmək üçün əhəmiyyətlidir. Digər bir tədqiqat istiqamətim isə Azərbaycan və Qafqaz regionunda Yer qabığının aktiv deformasiya proseslərinin öyrənilməsidir. Xüsusilə, uzaqdan zondlama və digər geodeziya məlumatları vasitəsilə zəlzələlərin və palçıq vulkanlarının qarşılıqlı təsirini analiz edirəm”.

Bəhruz deyir ki, NASA JPL-də çalışmaq həm texnologiya, həm də elmi araşdırma baxımından çox böyük imkanlar yaradır. “Burada dünyanın ən qabaqcıl peyk məlumatları və alətləri ilə işləmək, həmçinin multidissiplinar komandalarla əməkdaşlıq etmək tədqiqatlarımı daha geniş səviyyəyə çıxarır. Həmçinin bu araşdırmaların nəticələri yalnız elmi icma üçün deyil, həm də iqlim dəyişikliyi, fəlakətlərin idarə edilməsi və davamlı inkişaf sahələrində praktik tətbiq üçün böyük əhəmiyyət daşıyır”, - deyə o söyləyir.

Gənc alim bildirir ki, tədqiqat nəticələrinin yalnız elmi deyil, həm də tətbiqi dəyərinin olması üçün çalışır. Bundan əlavə, peyk məlumatlarının kənd təsərrüfatında, su ehtiyatlarının idarə olunmasında və təbii fəlakətlərin təsirlərinin azaldılması istiqamətində istifadəsini genişləndirmək istəyir.

“Əldə etdiyim uğurlarda Elm və Təhsil Nazirliyinin nəzdində olan Geologiya və Geofizika İnstitutunun da rolu olub. İnstitut rəhbərliyinin, müəllimlərimin mənə göstərdiyi dəstək və verdiyi tövsiyələr mənim üçün çox önəmli olub. Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq arenada tanınmış nüfuzlu alimlər yetişdirib. Bu alimlərin gördüyü elmi işlər və əldə etdikləri nailiyyətlər ölkəmizin elminin inkişafına böyük təkan verib. Elmi mühitdə çalışan hər kəs, məhdud imkanlara baxmayaraq, mühüm irəliləyişlər əldə edib və mən inanıram ki, biz birgə çalışaraq, gələcəkdə dünya miqyasında daha böyük elmi uğurlara imza ata bilərik. Bu yeniliklər, yalnız elmi sahədə deyil, həm də texnoloji irəliləyişlərdə öz əksini tapacaq və Azərbaycan elmini daha yüksək səviyyələrə qaldıracaq” , - deyə Bəhruz Əhədov fikrini tamamlayır.

Oxşar xəbərlər

Bütün xəbərlər