Xəbər lentiwidget-title-icon

Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu
Pirəkəşkül Kəndinin Qüruru: Murad Yusiflinin Böyük Zəfəri

Bolnisidə “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” kitabı təqdim olunub - FOTO

Gürcüstanın Bolnisi rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan parlamentinin, yerli hakimiyyət orqanlarının və ictimaiyyətin nümayəndələri, Azərbaycan icmasının fəalları və Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin sədri Rezo Həsənov nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü il "Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirilir.

Tədbir Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, "Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlının müəllifi olduğu "Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” kitabının təqdim olunması ilə davam edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan və gürcü dillərində nəşr olunan kitabda Heydər Əliyevin enerji strategiyasının mahiyyəti, "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti, enerji strategiyasının yeni mərhələsində Azərbaycan-Gürcüstan münasibətləri və sair məsələlər geniş araşdırılıb.

Kitab barədə ətraflı məlumat verən müəllif bildirib ki, Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçməsi də ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir. Məhz onun rəhbərliyi və təşəbbüsü ilə Gürcüstandakı soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb”, - deyə o, vurğulayıb.

Sonra Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva və başqaları çıxış ediblər. Dünya şöhrətli dövlət xadimi, unudulmaz şəxsiyyət Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında, eləcə də regionun sosial-iqtisadi inkişafında mühüm rolu qeyd olunub, onun əsasını qoyduğu neft strategiyası Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin qarantı kimi dəyərləndirilib.

Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla davam etdirildiyinə, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinə diqqət cəlb olunub. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsindəki qələbəsinin, Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər