Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

BDU-nun Fizika fakültəsində Elm Gününə həsr edilmiş məruzə dinlənilib

BDU-nun Fizika fakültəsində Elm Gününə həsr edilmiş məruzə dinlənilib

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 Mart – Azərbaycanda Elm Günü ilə bağlı tədbir keçirilib.

BDU-dan bildirilib ki, tədbirdə məruzə ilə çıxış edən dekan Bəxtiyar Paşayev Azərbaycanda Elm Gününün təsis tarixinə nəzər salıb, rəhbəri olduğu Fizika fakültəsində elmi fəaliyyət sahəsində görülən işləri diqqətə çatdırıb.

Bəxtiyar Paşayev son illərdə ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq BDU-nun da beynəlxalq elmi əlaqələrinin genişləndiyini qeyd edib. Xatırladıb ki, 2022-ci ildə keçirilmiş və Fizika fakültəsinin də bir qrup əməkdaşının qatıldığı “Beynəlxalq kosmik hava təşəbbüsü: günəş, kosmik hava və geosfer” beynəlxalq tədbiri buna misal ola bilər. 2022-ci ildə Fizika fakültəsində “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda, həmçinin “Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri” adlı beynəlxalq yay məktəbləri keçirilib. Bu iki beynəlxalq tədbirdə 60-a yaxın məruzə dinlənilib. 2023-cü ildə BDU-nun ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə “Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans keçirilib.

Eyni zamanda, dünyanın aparıcı elmi mərkəzlərində çalışan görkəmli alimlərin Fizika fakültəsində seminarları təşkil edilib. Almaniyanın Dortmund Texniki Universitetinin professoru Dieter Suter, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim, Misir Nəzəri Fizika Mərkəzinin prezidenti akademik Abdel Nasser Tavfik, Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun professoru Stefano Bellucci, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının direktoru professor Yevgeni Yakuşev, Türkiyənin Ankara Universitetinin professoru Ali Gencer, Ege Universitetinin professoru Mustafa Təpə, Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev, Meksika Milli Muxtar Universitetinin professoru Natiq Atakişiyev və başqa görkəmli alimlər BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında məruzələr ediblər. Fizika fakültəsinin gənc alimlərinin uğurları da xüsusilə qeyd olunmalıdır. Onların üzvü olduğu komandalar son illər “TEKNOFEST” festivallarında qaliblər sırasında yer alıblar.

Bəxtiyar Paşayev qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın ev sahibliyi edəcəyi çox mühüm beynəlxalq tədbirdir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya nümayiş etdirəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə bilavasitə çatdırılmasına böyük təkan verəcək.

Sonra tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov çıxış edərək elmin ölkələrin həyatında nə qədər mühüm yer tutmasından, müasir dövrün çağırışlarından danışıblar.

Gənc alimlər adından Yarımkeçiricilər fizikası kafedrasının müəllimi Fidan Əhmədova öz elmi fəaliyyəti, əldə etdiyi uğurlar barədə çıxış edib.

Oxşar xəbərlər

Bütün xəbərlər