Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Dilimiz milli sərvətimizdir” adlı elmi konfrans keçirilib

“Dilimiz milli sərvətimizdir” adlı elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz milli sərvətimizdir” adlı elmi konfrans keçirilib.

Bölmənin sədri akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik çıxışnda Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, dilin mənəvi varlıq kimi xüsusiyyətləri, ölkəmizdə aparılan dil siyasəti barədə danışıb. İsmayıl Hacıyev Ulu Öndər Heydər Əliyevin ana dilimiz haqqında fikirlərindən sitat gətirib, dilimizin zənginliyindən söz açıb.

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Azərbaycan dilinin tarixinin bəzi məsələlərinə bir baxış”, Dilçilik şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Dilimizin yazı və əlifba məsələləri” və həmin şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Müstəqillik illərində dövlət və dil məsələləri” mövzusunda məruzə ediblər.

Məruzələrdə ana dilimizin formalaşması və keçdiyi inkişaf yolu, istifadə olunan yazı-əlifba sistemləri və başqa məsələlərdən bəhs olunub. Müxtəlif mənbələrdən gətirdiyi nümunələr əsasında dosent Firudin Rzayev bəzi toponimlərin mənasından, Sovet hakimiyyəti dövründə ana dilimizin formalaşması ilə bağlı elmi ədəbiyyatlarda yol verilən təhriflərdən, Azərbaycan dilinin dövlət dili statusu almasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Filologiya elmləri doktoru Nuray Əliyeva ərəb əlifbası, kiril və latın qrafikalı əlifbalardan istifadə, əlifba dəyişikliyi məsələsi ətrafında aparılan müzakirələr, M.F.Axundov, M.Şahtaxtlı, C.Məmmədquluzadə və başqa ziyalıların hazırladığı türk xalqlarının ümumi istifadəsinə yararlı əlifba layihələri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə məsələ ilə əlaqədar aparılan islahatlar barədə fikirlərini çatdırıb.

Məruzəsində müstəqillik illərində dövlət və dil məsələlərini əhatəli təhlil edən dosent Zülfiyyə İsmayıl Ümummilli Lider Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycan dilinin dövlət dili kimi təsbiti üçün gördüyü işlərdən, ana dilimizin adlandırılması məsələsinə münasibətindən bəhs edib. Azərbaycan dili və əlifbası ilə bağlı imzalanmış Fərman və sərəncamların məntiqi davamı kimi 2013-cü ildə qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərdən söz açıb. Ana dilinin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğu vurğulayıb.

Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov çıxış ediblər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər