Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib - FOTO

AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib - FOTO

Fevralın 20-də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə akademiyada seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Akademiyadan bildirilib ki, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın, həm də bir sıra qonşu dövlətlərin seysmik baxımdan aktiv zonada yerləşməsindən irəli gələrək, ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirildiyini söyləyib. Qeyd edib ki, Azərbaycanda seysmik tədqiqatların əsas mərkəzi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzidir. Mərkəz seysmik stansiyalar vasitəsilə respublika ərazisinin seysmik rejimini, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğunu, ocaq zonalarındakı seysmik proseslərin dinamikasını tədqiq edir, güclü zəlzələ ocaqlarının mexanizmini öyrənir, böyük şəhərlərin seysmik riskini qiymətləndirir.

AMEA rəhbəri Mərkəzin fəaliyyətinə dəstək vermək məqsədilə 2023-cü ildə Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə qurumun maddi-texniki bazasının və proqram təminatının yenilənməsi, bu sahədə süni intellektdən istifadənin genişləndirilməsi və s. qərarların qəbul edildiyini xatırladıb.

Akademik İsa Həbibbəyli bildirib ki, hazırda bu sahədə başlıca problemlərdən biri ölkə üzrə seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmamasıdır. Bu da özlüyündə yüksəkixtisaslı kadr hazırlığı prosesinə əngəl törədir. Akademiya rəhbəri seysmologiya ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hazırlanması probleminin həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılacağını diqqətə çatdırıb.

Bundan əlavə, Seysmoloji Mərkəzin ölkə üzrə seysmik stansiya şəbəkəsinin genişlənməkdə olduğunu, 2024-cü ildə Şuşada qardaş Türkiyənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) Respublika Seysmoloji Xidmət Mərkəzinə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın istifadəyə veriləcəyini və işğaldan azad olunmuş digər ərazilərdə də seysmik proseslərə nəzarət etmək üçün yeni seysmik stansiyaların yaradılacağını diqqətə çatdırıb.

Eyni zamanda, bu günlərdə Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oksford Universiteti arasında birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi istiqamətində aparılan müzakirələrin və nəzərdə tutulan qarşılıqlı səfərlərin təqdirəlayiq hal olduğunu bildirib. AMEA Yer Elmləri Bölməsinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşlarından bir qrupu Oksford Universitetində keçiriləcək seysmologiya üzrə beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış edəcəklər.

Sonra çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli rəhbərlik etdiyi qurumun qarşısında duran başlıca vəzifələr və prioritet tədqiqatlar, həmçinin Bakı şəhərində AMEA-nın təşkilatçılığı ilə seysmologiya üzrə keçiriləcək beynəlxalq konfrans barədə məlumat verib.

Müşavirədə akademik Arif Həşimov və akademik İbrahim Quliyev çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər