"Azərbaycan seysmoloji zonada yerləşir, binalar tikilərkən nəzərə alınmalıdır"

"Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır".
tehsilmedia.info xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Professor qeyd edib ki, son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyi haqda söz-söhbətlər yayılır:
"Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu nəzərə alınmalıdır. Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır".



























