Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4000 manatını alıblar

Şəhid anasını oğlunun sağ olmasına inandırıb 4000 manatını alıblar

Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb. Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmalarını istəyib.
Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər Nuranə Orucova cinayət məsuliyyətindən azad edilib, cinayət işinə xitam verilib. Barəsində seçilmiş polis nəzarətində olma qətimkan tədbiri ləğv edilib. Ona 2000 manat cərimə tətbiq olunub və altı ay ərzində ödəməli olması barədə qərar çıxarılıb.
Sabrina Süleymanova barəsində olan cinayət işinə də xitam verilib.
Qeyd edək ki, ötən prosesdə təqsirləndirilənlərin vəkili çıxış edərək zərərçəkmişlərə vurulan zərərin tam ödənildiyini deyib və bu barədə qəbzi məhkəməyə təqdim edib. Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb. Xatırladaq ki, Əliheydər Hüseynli Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Şəhid “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.

Oxşar xəbərlər

Bütün xəbərlər