Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir

Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi davam etdirilib.

AzEdu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mətləb Hüseynov ona qarşı verilən ittihamları qəbul etməyib:
“Rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanım Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Yeganə gəlinini işdə saxladım. Bu səbəbdən baş mühasib müavinimlə birləşərək mənə qarşı kompaniyaya başladılar. İbtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı da demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman sui-istifadə etməmişəm".

Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş ziyanı tam olaraq ödəyib.

Məhkəmə prosesində dindirilən şahidlərin hamısı ibtidai istintaq dövründə Aynaxanım Babayeva tərəfindən Mətləb Hüseynova qarşı yönəldildiklərini və Asif Bayramov tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf ediblər.

Proses noyabr 7-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər