Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Şərqşünaslıq İnstitutunda elmi sessiya: “Şərq qadınları elmdə”

Şərqşünaslıq İnstitutunda elmi sessiya: “Şərq qadınları elmdə”

Fevralın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq qadınları elmdə” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva müasir dövrdə qadınların ictimai həyatda, elmdə mühüm yer tutduqlarını söyləyib. G.Baxşəliyeva BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-nin “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edildiyini bildirib. Azərbaycan qadınlarının ictimai həyatda və elmdə tutduqları mövqedən bəhs edib.

Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatının sədri Xanımzər Kərimova şərqşünas alimlərin elmdə əldə etdikləri uğurlardan danışıb.

İran filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Səadət Şıxıyeva “Azərbaycan, Türkiyə və Özbəkistan saraylarında qadın şairlərin ədəbi fəaliyyəti” mövzusunda məruzə edib. O bildirib ki, XIX əsrdə Azərbaycan, Türkiyə və Özbəkistan ədəbi dairələrində əvvəlki əsrlərlə müqayisədə qadın şairlərin sayında artım müşahidə olunub. Hər üç ədəbi çevrənin inkişafında dövrün saraylarındakı mühit mühüm rol oynayıb. Həmin saraylarda yetişən əsilzadə şair xanımlardan bəziləri ədəbi fikrə yeni istiqamət veriblər. Onlardan bəziləri xan (Nadirə xanım – Özbəkistan), xan qızı (Natəvan – Azərbaycan) və ya sultan (Adilə Sultan – Türkiyə) statusu ilə cəmiyyətdə yüksək mövqe sahibi olublar, bu yüksək məqamdan istifadə edərək, öz çevrələrindəki şair qadınları himayə ediblər.

Vurğulanıb ki, XIX əsrdə əsilzadə qadınlar və onların yaxın çevrəsi ədəbi mühitin mərkəzi simalarına çevrilib, poeziya tarixində yeni səhifələr açılmasına töhfə veriblər. Xüsusilə Natəvan və Nadirə xanım dövrün ədəbi fikrinin inkişafına şərait yaradıblar.

Elmi sessiyada “Ulu Öndər Heydər Əliyevin alim qadınlara verdiyi dəyər”, “Qadın şərqşünas alimlərimiz” və “Türk tarixi romanlarında qadın obrazları” mövzularında məruzələr dinlənilib.

AMEA Ədəbiyyat İnstitutunun Qadınlar təşkilatının İdarə Heyətinin üzvü Esmira Şükürova elmi sessiyada səsləndirilən məruzələrlə bağlı fikirlərini bölüşüb və Şərqşünaslıq İnstitutunun qadın alimlərinin fəaliyyətini yüksək dəyərləndirib.

Oxşar xəbərlər

Bütün xəbərlər