Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

UNEC İnklüziv Təhsil Mərkəzində əlilliyi olan tələbələrin işlə təmin olunmasına dəstək göstərilib

UNEC İnklüziv Təhsil Mərkəzində əlilliyi olan tələbələrin işlə təmin olunmasına dəstək göstərilib

UNEC İnklüziv Təhsil Mərkəzi fəaliyyətə başladıqdan bu günə kimi bir sıra uğurlu layihələrə imza atıb. Layihələr dedikdə, bütövlükdə inklüziv cəmiyyəti əhatə edəcək geniş və davamlı işlər nəzərdə tutulur. Mərkəz olaraq hansısa layihəyə başlayan zaman davamlılıq prinsipinin qorunmasına xüsusi diqqətlə yanaşırıq. Çünki sosial xidmətlər sahəsində hər hansı addım atılan zaman, məsələn, inklüziv cəmiyyət nümayəndələrinin karyera sahəsində işlə təmininin faizini artırmaq istəyiriksə, təşkil olunan məzun yarmarkaları mütəmadi olaraq davam etməlidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, İnklüziv Təhsil Mərkəzi olaraq hər il məzun yarmarkaları təşkil edirik. Belə ki, UNEC-də əlilliyi olan bir çox tələbənin işlə təmin olunmasa dəstək göstərməyə nail olmuşuq.

Bu sözləri müsahibəsində UNEC İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Aysel Qaragözova deyib.

Mütəxəssis mərkəzin nəzdində 200-dən çox tələbə olduğunu qeyd edib. Eyni zamanda, hələ də müəyyən stiqmaları qıra bilməyən tələbələrin Mərkəzə yaxınlaşmaqda ehtiyat etdiklərini də diqqətə çatdırıb.

“Bizim mərkəz və universitet olaraq əsas məqsədimiz tələbələrimizin tədris keyfiyyətlərinin daim artırılmasından ibarətdir. Bu istiqamətdə onların daha əlverişli dərs mühitində tədris alması üçün universitetin müəllim və əməkdaşları vaxtaşırı təlimlərə cəlb olunur. Tələbələrlə düzgün və daha adekvat davranış tərzi, onlarda olan utancaqlığın aradan qaldırılmasına yönəlmiş yanaşma, hətta lazım gələrsə, ilk yardım müdaxiləsi kimi müvafiq tədbirlərin görülməsi təlimlərimizin əsas mövzu və məqsədlərindəndir. UNEC İnklüziv Təhsil Mərkəzində müxtəlif diaqnoz (görmə və eşitmə məhdudiyyəti, uşaq serebral iflic, asberger autizmi, epidermoliz, brüselloz, psixoz və s.) və əlillik dərəcəsi olan tələbələr var. Onların dərs prosesləri adi qaydada bütün qruplarla birgə aparılır. Bəzi xüsusi hallarda imtahan proseslərində tələbələrin həyəcan və stres keçirməmələri üçün onların imtahanları mərkəzimizdə həyata keçirilir. Qeyri-dərs və imtahan vaxtlarında isə mərkəzimiz tələbələrimizin bir növ istirahət evinə çevrilir. Onlar burada özlərini rahat hiss edirlər”, - deyə A. Qaragözova qeyd edib.

A.Qaragözova təmsil etdiyi mərkəzin ölkə səviyyəsində bir çox əhəmiyyətli qurum və universitetlərlə (DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, KOBİA, müxtəlif ictimai birliklər, Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və s.) əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. O bildirib ki, UNEC-də təhsil alan əlilliyi olan tələbələr ödənişsiz şəkildə müxtəlif sahələr üzrə təlimlərdə iştirak edir, keçirilən tədbirlərin daha əhatəli və səmərəli olması üçün qarşılıqlı təcrübədən yararlanır, universitetimizin müəllim heyətinin yenə də ödənişsiz əsaslarla inklüziv (həssas qrupa aid olan) cəmiyyət üzvlərinə (əlilliyi olan şəxslər, şəhid ailələrinin nümayəndələri, qazilər, aztəminatlı ailələrin övladları və s.) müxtəlif fənlər üzrə təlimlər verir.

Mütəxəssis, eyni zamanda, mərkəzin ictimaiyyətə açıq şəkildə fəaliyyət göstərdiyini, ölkədə fəaliyyət göstərən televiziyalarda və radiolarda inklüziv mədəniyyət mövzularında mərkəzin rəhbər və əməkdaşlarının fəal çıxışlar etdiyini, həmçinin universitetə məxsus radio verilişlərində həftəlik olaraq maraqlı mövzularla bağlı diskussiya şəklində verilişlər hazırlanıldığını vurğulayıb. Eyni zamanda, ictimai birliklərlə olan fəaliyyətimiz çərçivəsində il ərzində bir neçə dəfə UNEC-in bütün tədris binalarında əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışı həyata keçirilir.

“UNEC İnklüziv Təhsil Mərkəzi ölkədə inklüziv mədəniyyətin formalaşmasında yaradılan ilk universitet mərkəzlərindən biri olsa da, hazırda mərkəzimizin zəngin təcrübə və biliklərindən yararlanaraq bir çox universitetlərdə eyniadlı tədris mərkəzləri fəaliyyətə başlayıb. Təbii ki, bu cəmiyyətimiz üçün çox sevindirici bir haldır. İnklüziv təhsil sosial sferada olan mövcud durumumuzu daha yaxşı səviyyəyə gətirmək prioritet hesab edilən sahələrdəndir. Düşünürük ki, sosial xidmətlər sferasında fəaliyyət göstərən hər bir qurum öz növbəsində qarşılıqlı şəkildə zəngin bilik, təcrübə və bacarıqlarını mübadilə edərək bu sahədə böyük bir klasterin yaranmasına səbəbiyyət verə bilər. Davamlı və dayanıqlı inkişafın əsas dayağı birlik olmağı bacara bilməkdir ki, bu da bizim xalqımızda özünü çox gözəl şəkildə büruzə verir”, - deyə A.Qaragözova bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər