Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gənclər Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, videomaterialda Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılması, gənclər üçün “Prezident Mükafatı”nın təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb. Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunub.

“Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası, gənclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.

Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal sərgilənib.

2 Fevral - Gəncləri Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər