Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı olub

“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı olub

Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib.

Tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov multikulturalizm anlayışının coğrafiyamız üçün böyük əhəmiyyət daşıdığını və Azərbaycanın çoxkonfessiyalı dövlət olduğunu vurğulayıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçdiyini diqqətə çatdırıb. İcraçı direktor kitabın Azərbaycandakı multikultural mühitin öyrənilməsinə və təbliğinə töhfə olduğunu qeyd edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə çıxışında Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə bu gün multikulturalizmin həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, multikultural dəyərlər yüz il əvvəl Azərbaycan xalqı üçün mədəniyyət məsələsi olub.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu vurğulayıb. Deyib ki, Azərbaycanda insanlar təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğı mühitində yaşayırlar.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələrinin çox yüksək inkişaf yolu keçdiyini, ölkədə müsəlmanlarla yanaşı, xristianların, yəhudilərin və digər dinlərin nümayəndələrinin də əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev ölkəmizin tolerantlıq modelini dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul etdiyini, bu harmoniyanın Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində mümkün olduğunu bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında mədəniyyətlər və dinlər arasında qarşıdurmaların artdığı dövrdə müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən müstəqil ölkəmizin multikulturalizmin və tolerantlığın mərkəzinə çevrildiyini bəyan edib.

Sonda kitabın müəllifi akademik Kamal Abdulla çıxış edərək multikultural təhlükəsizlik ideyasının ölkə üçün çox vacib konsepsiya olduğunu bildirib. Akademik bu kitabın 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsi olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, bu konsepsiya faktiki olaraq ölkə daxilində multikultural şəraitin, ab-havanın yaranması, qorunması və təhlükəsizliyini təmin edən amildir. Bu cür şərait mövcud olduqda ölkə özünü dünyanın digər ölkələri arasında daha rahat hiss edir. Ölkəmizdə multikultural şərait olmasaydı, biz İkinci Qarabağ müharibəsini hərbi müstəvidə həll edib qalib gəlsək də, ideoloji cəhətdən dünyaya həqiqət sözümüzü çatdıra bilməzdik.

Qeyd edək ki, nəşrin elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektoru isə Şəlalə Nəqşanidir. Kitabda, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya Prezidenti Vladimir Putinin, Amerikanın keçmiş Prezidenti Corc Buşun, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin, almaniyalı siyasətçi Gerhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

Oxşar xəbərlər

Bütün xəbərlər