Xəbər lentiwidget-title-icon

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?

TƏNQİD: “Dərslikləri heç biz özümüz başa düşmürük, o ki qaldı, uşaqlar”

TƏNQİD: “Dərslikləri heç biz özümüz başa düşmürük, o ki qaldı, uşaqlar”

Türkiyə Təhsil naziri şagirdlərin qış tətilində ev tapşırığından azad olunması barədə qərar verib. Nazirin qərarına əsasən şagirdləri ev tapşırığı yerinə bədii, mədəni, idman və elmi fəaliyyətlərdə iştiraka təşviq etməklə yanaşı, onların yaşlarına uyğun olaraq ailələri ilə birlikdə edə biləcəkləri fəaliyyətlərlə keyfiyyətli vaxt keçirmələri üçün interaktiv rəqəmsal bələdçi kitablar hazırlayıblar.

Nəzərə alsaq ki, Azərbaycanda məktəblərdə qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Bəs görəsən, ölkəmizdə müəllimlərin şagirdlərə tətil müddətində dərslə yükləməyi doğrudurmu?

Ekspert qeyd edib ki, uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır:

“Təhsil sahəsində islahat proqramlarının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.

Amma etiraf edək ki, bir çox hallarda bu mümkün olmur. Bunun əsas səbəbi təhsilalanların hədsiz dərəcədə yüklənməsidir.

Tədris proqramında müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü-özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır”.

“İbtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır”-deyə K.Əsədov vurğulayıb:

“Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı, uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir.

Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər.

Etiraf edim ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi uşaqları həddindən artıq yorur. Dərsliklər və əlavə oxu materialları, iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Ağır çantaları valideynlər belə daşımaqda çətinlik çəkirlər”.

Təhsil eksperti qeyd edib ki, ibtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil:

“Vacib bir məqamı qeyd edim ki, beynəlxalq təhsil sistemində yaş xüsusiyyətinə görə standart düstur var. Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur təmamilə kobud şəkildə pozulub. İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil. Məsələn: 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3-4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4-5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil.

1 həftə ərzindəki I sinif kitablarını analiz etdim və qənaətə gəldim ki, belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. 2 aya yazılan dərslik əlbəttə ki, keyfiyyətli olmayacaq. Düşünürəm ki, Beynəlxalq standartların Azərbaycanda reallaşması artıq mümkün deyil. Orta məktəbin funksiyası şəxsiyyət yetişdirməkdir, amma bu kitabların heç biri şəxsiyyət yetişdirmir. Mənasız informasiya yükü şagirdin yaş xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur. Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər