Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabı çapdan çıxıb

“Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabı çapdan çıxıb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” monoqrafiyası işıq üzü görüb.

Bu barədə "tehsilmedia.info"-a institutdan məlumat verilib.

Bildirilib ki, kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.

Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısına qədər bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrinə qısa şəkildə nəzər salınıb.

Əsərin ikinci fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.

Təqdim edilən tədqiqat əsərində Şuşa şəhərinin tarixinə və mədəniyyətinə məhz epiqrafik abidələr əsasında işıq salınıb. Doğrudur, Şuşa şəhərinin epiqrafik abidələri əvvəllər, müxtəlif illərdə azərbaycanlı epiqrafist alimlər tərəfindən araşdırılsa da, bir çoxu diqqətdən kənarda qalmış və yaxud geniş şəkildə tədqiqata cəlb edilməmişdir. Əvvəllər heç bir alim tərəfindən araşdırılmamış bir çox epiqrafik abidələrin ilk dəfə olaraq E.Mustafayev tərəfindən aşkarlanması və tədqiq edilməsi əsərin səciyyəvi xüsusiyyətlərindən biridir. Şuşa şəhərində salamat qalmış və yaxud dağıdılmış müxtəlif təyinatlı abidələrin üzərində ərəb, fars və Azərbaycan dillərində həkk olunmuş yazılar dəqiq oxunaraq ana dilimizə tərcümə edilib.

Kitabda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-fars və türkdilli kitabələrdəki mətnlər tədqiqatçı tərəfindən düzgün şəkildə oxunaraq orijinal dillərdə sadə qrafikaya çevrilib, eyni zamanda, həmin yazılar ana dilimizə tərcümə edilib və digər ənənəvi tarixi mənbələrlə qarşılaşdırılaraq geniş şəkildə şərhlər verilib. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı prosesləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər