Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

Məktəblərimizdə din tədris olunacaq? - Aydınlıq gətirildi

Məktəblərimizdə din tədris olunacaq? - Aydınlıq gətirildi


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qurumun sədri Mübariz Qurbanlının məktəblərdə dini bilgilərlə bağlı tədrisə dair fikrinə aydınlıq gətirib.


tehsilmedia.info-ın məlumatına görə, Komitənin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova APA-ya bildirib ki, bugünədək “Məktəblərdə din tədris olunsunmu?”, “Məktəblərdə dini dərsə ehtiyac varmı?”, “Məktəblərdə din dərsləri keçilə bilərmi?” kimi mövzular mediada dəfələrlə müzakirə olunub, ictimaiyyət tərəfindən müxtəlif yanaşmalar irəli sürülüb:

“Son günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının orta məktəblərdə dinlər haqqında biliklərin verilməsi üçün ayrıca fənnin tədrisi ilə bağlı fikirlərini yanlış anlayanların və ya bunu qəsdən fərqli yerlərə yozan “ekspert”lərin rəy və mövqeləri bilərəkdən və ya bilməyərəkdən mediada tirajlanmaqdadır. Elə rəy formalaşdırmağa çalışırlar ki, guya Mübariz Qurbanlı “məktəblərdə şagirdlərə din tədris olunmalıdır” deyə fikir səsləndirib. Halbuki belə bir fikir söylənilməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə həmişə vahid mövqe nümayiş etdirib: “Orta məktəblərə din tədrisindən söz gedə bilməz, dinlər haqqında ümumi bilgilər, məlumatlar verilə bilər.”

Cəmiyyətdə yanlış bir fikir formalaşdırılmağa çalışırlar ki, guya məktəbdə din tədrisi, şəriət tədrisi təklif olunur. Birincisi, Azərbaycanda dövlət təhsil müəssisələrində din, şəriət tədris oluna bilməz. Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bütün bunlar isə dinin, şəriətin ümumtəhsil müəssisələrində tədrisinə yol vermir.

Amma dinlər haqqında biliklərin verilməsinə ehtiyac var. Çünki respublikamızın yerləşdiyi coğrafi ərazi, xüsusilə də Azərbaycanla həmsərhəd ölkələrdə zaman keçdikcə din amilinin güclənməsi, ölkəmizin daimi yad və zərərli dini təsirlərin hədəfində olması dini zəmində ölkəmizə yönəlik təhdidlərin hər zaman olacağını deməyə əsas verir.

Belə bir vəziyyətdə azərbaycanlı yeniyetmə və gənclərin dinlər haqqında ilkin bilikləri ibadət evlərindən, internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir. Bu sadalan “mənbələr” dinlər haqqında yetərli biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz. Həmçinin Dövlət Komitəsi və digər müvafiq qurumlar tərəfindən aparılan müxtəlif formatlı dini maarifçilik işləri radikalizm, dinin siyasiləşdirilməsi və xurafatla mübarizədə effektli olsa da, cəmiyyətdə sağlam və dayanıqlı dini mühitin formalaşması üçün yetərli deyil”.

Əgər bir gəncin, bir yeniyetmənin dinlərlə bağlı bilgisi yoxdursa, bu bilikləri biz yox, “başqası” verirsə, radikal, qeyri-ənənəvi və ya zərərli dini cərəyan olsun, bunlardan alarsa, elə isə buna görə biz məsuliyyət daşımayacağıqmı?”.

Şöbə müdiri deyib ki, təhsil sistemimiz vasitəsilə vətəndaşlara hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açmadan, vahid bir proqrama əsaslanan dinlər haqqında ilkin biliklər verilməsi olduqca zəruridir:

“Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, bütün dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimiz radikal, ekstremist qrupların təsiri altına düşməyəcəklər.

Hazırda ölkəmizin ali təhsil müəsssisələrində tələbələrə “Multikulturalizmə giriş” fənni vasitəsilə dinlər haqqında biliklər verilir. Ümumtəhsil müəssisələrində isə məhdud sayda dini mövzuları da ehtiva edən “Həyat bilgisi” adlı fənn tədris edilir və ya dinlər haqqında məlumatlar Tarix, Ədəbiyyat, Azərbaycan dili fənlərindəki müəyyən mövzulara inteqrasiya olunur. Lakin fikrimizcə, bu, orta məktəb şagirdlərinə dinlərlə bağlı biliklərin verilməsi üçün zəruri tələbi yetərincə ödəmir. Bu baxımdan mövcud reallıqlar nəzərə alınmaqla ümumtəhsil məktəblərində yuxarı siniflərin birində dinlər, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm, xurafat haqqında bilikləri özündə əks etdirən birillik seçmə fənn kimi ayrıca dərsin keçilməsi məqsədəuyğun olardı.

Qeyd edək ki, təkcə müsəlman və Qərb ölkələrində deyil, son illər keçmiş sovet məkanında da ümumtəhsil müəssisələrində dinlərlə bağlı biliklər verən fənnin tədrisinə başlanılmışdır. Bu sahədə ilk addım atmış ölkələrdən biri Gürcüstandır. Hazırda Gürcüstanla yanaşı, Rusiyada “Dünyəvi etikanın əsasları”, “Dünya dini mədəniyyətlərinin əsasları”, “Pravoslav mədəniyyətinin əsasları”, “İslam mədəniyyətinin əsasları”, “Buddizm mədəniyyətinin əsasları” və s., həmçinin Belarusda “Pravoslav mədəniyyətinin əsasları”, Ukraynada “Xristian etikasının əsasları” və ya “Ukrayna mədəniyyətində xristian etikası”, Ermənistanda “Erməni kilsəsinin tarixi”, Qırğızıstanda “Din mədəniyyəti tarixi”, Qazaxıstanda “Dünyəvilik və dinin əsasları”, Özbəkistanda “Dünya dinlərinin tarixi” adlı fənlərin tədrisi çərçivəsində şagirdlərə dinlər haqqında biliklər verilir. Bu fənlərin tədrisi bəzi ölkələrdə məcburi, bəzi ölkələrdə isə könüllülük əsasında həyata keçirilir.

ABŞ, Fransa, Yaponiyada ancaq özəl məktəblərdə (dini qurumlar, kilsə) din təhsili, İngiltərə, İtaliyada dövlət və özəl məktəblərdə seçmə fənn, Almaniya, Belçika, Kanadada dövlət və özəl məktəblərdə seçmə din və ya əxlaq fənni, Danimarka, Norveçdə “Vətəndaşlıq bilgisi” dərsi çərçivəsində dövlət məktəblərində icbari dini təhsil verilir.

Qısacası, əksər ölkələrdə ümumtəhsil müəssisələrində yeniyetmə və gənclərə fərqli formalarda da olsa, dinlər haqqında biliklər verilməsi faktdır.

Bu baxımdan Dövlət Komitəsi ümumtəhsil müəssisələrinin yuxarı siniflərinin birində, şagirdlərin dünyagörüşünün artıq formalaşdığı bir dövrdə dinlər haqqında biliklərin, milli-mənəvi dəyərlərin öyrədilməsi üçün ayrıca seçmə fənnin tədrisini məqbul hesab edir.

Bir daha vurğulamaq istəyirəm ki, məktəblərdə din tədrisindən qətiyyən söz getmir, gedə də bilməz. Məktəblərdə dinin tədrisi müzakirə mövzusu deyil. Ölkəmizdə dini
təhsili dini kolleclər və Azərbaycan İlahiyyat İnstitutu verir. Söhbət şagirdlərə dünya dinləri, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm və xurafat haqqında məlumatların verilməsindən gedir.

Amma bütün hallarda təhsil müəssisələrində nəyin tədris olunub-olunmayacağı Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsindədir”.

Oxşar xəbərlər


Bütün xəbərlər

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD