Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

“Uşaqların çoxu məktəbəqədər təhsilə cəlb oluna biləcək”

“Uşaqların çoxu məktəbəqədər təhsilə cəlb oluna biləcək”

Ötən günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən bildirildi ki, məktəbəqədər təhsildə alternativ modellərin tətbiqinə start verilir.

Belə ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən il ərzində alternativ təhsil modellərinin köməyi ilə uşaqların təhsilə cəlb edilməsi təmin olunacaq.

Bəs görəsən, bu layihələr müxtəlif səbəblərdən bağçaya gedə bilməyən uşaqların inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Təhsilmedia.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, alternativ modellər bir çox bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasına xidmət edəcək:

“Əslində Azərbaycanda alternativ məktəbəqədər təhsil müəssisələri artıq neçə ildir fəaliyyət göstərir. Bunlar icmaəsaslı məktəbəqədər təhsil qruplarıdır. Hazırda 850-dən çox belə təhsil qrupları mövcuddur. Çox az sayda məktəb var ki, orada məktəbəqədər hazırlıq qrupları olmasın. Keçmişdə uşaqların bağçalara yerləşdirilmə faizi 16 idisə, hazırda bu faiz 30-35-ə yüksəlib. Bizim niyyətimiz bu faizi 100-ə çatdırmaqdır. Bu səviyyəyə çatmaq üçün məktəbəqədər təhsil müəssisələri yetərli deyil”.

X.Musayevanın sözlərinə görə bağçaya getməyən uşaqların məktəbə adaptasiyası uzun çəkir və bu da təhsilin effektivliyinə mənfi təsir göstərir:

“Təhsil müəsisəsələrinin tikintisi, onun ümumi olaraq saxlanılması çox böyük maliyyə tələb edən bir prosesdir. Belə olduğu halda bağça yaşlı uşaqların çoxu təhsildən kənar qalır. Bu uşaqların məktəbə adaptasiyası çox uzun çəkir və bu da əlbəttə ki, təhsilin effektivliyinə mənfi təsir göstərir. Alternativ təhsil müəssisələri məktəbəqədər təhsilin inkişafına müsbət təsir göstərəcək. Yeni alternativlərin meydana gəlməsi daha az maliyyə ilə daha çox uşağa təhsil verilməsi üçün fikirlər ortaya qoyacaq. Əlbəttə ki, dünyada bir çox modellər var. Bu modellərin faydalı olub-olmadığını təcrübədən keçirmək lazımdır. Məsələn, onlardan biri də ailə tipli məktəbəqədər təhsil qrupları, qayğı, inkişaf mərkəzləridir ki, bu da uşaqların inkişafı üçün vacib amillərdəndir”.

Ekspert qeyd edib ki, gələcəkdə bu modellərin davamlılığı Azərbaycan təhsilinə çox böyük təsir göstərəcək:

“Uşağın inkişafının əsas dövrü məktəbəqədər yaş dövründə başlayır. Əgər bu yaş dövrünü itiririksə, uşağın düzgün inkişafı ilə məşğul olmuruqsa, bu onun digər yaş dövrlərindəki inkişafına mənfi təsir göstərir. Məktəbəqədər təhsildə alternativ modellərin tətbiqi üçün Elm və Təhsil Nazirliyi çox böyük, faydalı işlər görəcək. Mən bu layihəyə uğurlar arzu edirəm. Düşünürəm ki, çox uğurlu effektiv nəticələr əldə edəcəyik”.

Oxşar xəbərlər

Bütün xəbərlər