Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

“XIX-XX əsrin əvvəllərində. İrəvan şəhərinin tarixindən” adlı kitab qırğız dilinə tərcümə edilir

“XIX-XX əsrin əvvəllərində. İrəvan şəhərinin tarixindən” adlı kitab qırğız dilinə tərcümə edilir

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tarix üzrə fəlsəfə doktoru, dosent, Respublika Dövlət mükafatı laureatı Hacı Həsənovun ümumi redaktorluğu ilə “XIX-XX əsrin əvvəllərində. İrəvan şəhərinin tarixindən” adlı kitabı qırğız dilinə tərcümə edilir.

Təhsilmedia.az xəbər verir ki, AMEA A.A Bakıxanov adına Tarix institutu Elmi Şurasının qərarı ilə çap olunan kitab həmin institutun alimlər qrupu tərəfindən ərsəyə gəlib.

Monoqrafiya Azərbaycanın tarixi İrəvan şəhərinin – Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının XIX-XX əsrin əvvəllərindəki dövrünə həsr edilib. Əsərdə İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni” adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar tənqid olunur, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlərə aydınlıq gətirilir.

Həmçinin Azərbaycan və Anadolu türkcələrində, ingilis, rus və digər dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlar əsasında İrəvan tarixinin mühüm sahələrinə işıq tutulur.

Kitabda İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdırılır.

Eyni zamanda, çarizmin işğalçı İrəvan yürüşlərinə qarşı irəvanlıların qəhrəman mübarizəsi real faktlarla işıqlandırılır, romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma-erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.

Əsərdə İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır.

Qeyd edək ki, kitabı qırğız dilinə 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqının, Qırğızıstan jurnalistlər İttifaqının və habelə Beynəlxalq İdman Jurnalistləri İttifaqının üzvü, 2000-ci ildə “Manas janırıqı” (“Эхо Манаса”) TeleRadio kompaniyasının yaradıcısı və rəhbəri Temirbek Toktaqaziyev tərcümə edir.

Temirbek Toktaqaziyev xalq yazıçısı Çingiz Abdullayevin 3 kitabını da qırğız dilinə tərcümə edib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun razılığı ilə kitabı qırğız və rus dillərində çap etməyi nəzərdə tutur. Kitabın qırğız və rus dillərində çap edilməsi ondan təkcə Türk dövlətlərində deyil, həm də bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər