Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Rektor BMU-nu “TEKNOFEST-2023”də uğurla təmsil edən komanda üzvləri ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov BMU-nun "TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak etmiş "RED X” komandasının üzvləri ilə görüşüb.

Bu barədə "tehsilmedia.info"a BMU-dan bildirilib.

"TEKNOFEST-2023”-ün final mərhələsində uğurla təmsil olunan komandanı təbrik edən rektor bu qəbildən olan tədbirlərin gənclərimizin müasir texnoloji yeniliklərə marağının artırılması və bu sahə üzrə biliklərinin dərinləşdirilməsində oynadığı rola və əhəmiyyətə diqqət çəkib.

"RED X”-in qardaş ölkə Türkiyədə baş tutan festivalda hərbi məqsədli Pilotsuz Uçuş Aparatları (PUA) üzrə Azərbaycandan yeganə təmsilçi kimi çıxış etməsinin qürurverici olduğunu deyən Havar Məmmədov BMU-nun tələbə komandalarının layihələrinin 2022-ci ilin may ayında ilk dəfə Bakıda keçirilən "TEKNOFEST Azərbaycan” festivalında yüksək səviyyədə qiymətləndirildiyini vurğulayıb. Rektor ötən il "Robotexnika” kateqoriyası üzrə birinci yeri tutan BMU komandasına mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunduğunu xatırladıb, bu mükafatlandırılmanın tələbələrin növbəti ideyalarının uğurla gerçəkləşdirilməsinə böyük təkan və stimul verdiyini bildirib.

Sonra "TEKNOFEST-2023”-də iştirak edən BMU-nun Mühəndislik fakültəsinin laboratoriya müdiri Rüstəm Kələntərli 5 nəfərdən ibarət (Nadir Daşdıyev, Ayişə Xudiyeva, Rəhbər Əhmədov, Kamran Abdullazadə, Kənan Məmmədov) ibarət "RED X” komandasının layihəsi barədə danışıb.

Çıxış edən komanda üzvləri bildiriblər ki, komandanın hazırladığı PUA "TEKNOFEST-2023” çərçivəsidə təşkil olunmuş "Uluslararası İnsansız Hava Araçları (İHA) Yarışması"na qatılan 2700 komanda arasından seçilərək, Türkiyə, Rusiya, Pakistan, Moldova və s. ölkələrdən olan 120 komanda ilə bərabər finala vəsiqə qazanıb. İstanbulda baş tutan festivalda "RED X” ilk beşliyə daxil olaraq, IV yerdə qərarlaşıb. Komandaya Türkiyə Texnologiya Komandası Vəqfi (T3) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən festivalın "Performans Ödülü” (43 500 Türk lirəsi mükafat) təqdim olunub. Eyni zamanda festivalda əldə etdikləri nailiyyətlərinə görə bütün komanda üzvlərinə "Katılım” sertifikatları və "Təşəkkürnamə”lər təqdim edilib.

Görüşdə Bursada təşkil olunan sərgidə "RED X”-in hazırladığı layihənin diqqət çəkdiyi, Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın, TÜBİTAK-ın prezidenti, professor Hasan Mandalın, Bursa Bələdiyyə Başkanı Alinur Aktaşın komandanın işi ilə şəxsən tanış olduqları xüsusi vurğulanıb.

BMU tələbələrinin innovativ layihə və təşəbbüslərinin, bu istiqamətdəki fəaliyyətinin bundan sonra da hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirən rektor Havar Məmmədov komandaya yeni nailiyyətlər arzulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər